QIRĞIZISTANDA KONSTİTUSİYA İSLAHATLARI İLƏ BAĞLI REFERENDUM KEÇİRİLƏCƏK
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev ölkədə Konstitusiya islahatları aparmaq üçün keçiriləcək referenduma hazırlıqla əlaqədar müşavirədə bildirmişdir ki, referendum dövlət idarəçiliyinin formasını müəyyən etməlidir. Bu məqsədlə xalq arasında idarəçiliyin formaları haqqında ətraflı izahat işi aparılmalı, referendumun məqsədi haqqında məlumat verilməlidir.
Prezident demişdir ki, referendumda vətəndaşlar təklif olunan prezident, prezident-parlament və parlament idarəçilik formalarından birinə səs verməlidir.
Referendum 2006-cı ilin dördüncü rübündə keçiriləcəkdir.
İndi Qırğızıstanda prezident-parlament idarəçilik forması fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:24]
Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır
- 08.10.2026 [12:56]