Qız Qalasının qarşısında xüsusi yoqa sessiyası keçirilib
Bakı, 23 iyun, AZƏRTAC
Əzəmətli Qız Qalasının qarşısında xüsusi yoqa sessiyası keçirilib. Bu tədbir Hindistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə baş tutub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, bu ölkənin Azərbaycandakı səfiri Sridharan Madhusudhanan göstərilən dəstəyə görə “İçərişəhər” administrasiyasına minnətdarlığını bildirib. O, belə bir tarixi məkanda yoqa və sağlamlıq arasında mövcud olan vəhdəti vurğulayıb.
Tədbirdə əsas iştirakçılar qismində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Vüqar Hüseynli və qoruğun Kütləvi tədbirlər şöbəsinin müdiri Bəyaz Sadıxova iştirak ediblər.Kənan Məmmədovun rəhbərliyi altında iştirakçılar müxtəlif yoqa duruşlarını və nəfəs texnikalarını yerinə yetiriblər.