Qızıl Aypara Cəmiyyəti: Humanitar yükü ünvanına çatdırmaq üçün cavab gözləyirik
Bakı, 5 sentyabr, AZƏRTAC
Səkkizinci gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Qarabağ iqtisadi bölgəsində yaşayan erməni milliyyətindən olan sakinlərə ünvanlanan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə AZƏRTAC-ın müxbirinə deyib: “Bir həftə ötməsinə baxmayaraq, Rusiya sülhməramlı qüvvələri tərəfindən yardımın qəbul edilməsi ilə bağlı bizə heç bir məlumat daxil olmayıb. Buna baxmayaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbər heyəti, əməkdaşları və könüllüləri ərazidə qurulan çadırlarda gecələyir və öz vəzifə borclarını yerinə yetirməyə hazırdırlar. Cavab alındığı təqdirdə onlar 40 ton un məmulatlarını dərhal Qarabağ iqtisadi bölgəsində yaşayan erməniəsilli sakinlərə çatdıracaqlar. Biz hələ də cavab gözləyirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [18:43]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:33]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [17:42]