QMİ sədri ABŞ-da bir sıra tədbirlərdə iştirak edəcək
Bakı, 30 sentyabr, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 1-də Amerika Birləşmiş Ştatlarına səfərə yola düşəcək.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icmasının və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfəri çərçivəsində şeyxülislam A.Paşazadə ştatın rəhbərliyi ilə görüşlər keçirəcək, bir sıra tədbirlərdə iştirak edəcək.
Səfər çərçivəsində QMİ sədrinin Vaşinqtonda dini qurumlarla, Senat və Konqres üzvləri ilə, həmçinin Nyu-Yorkda BMT rəsmiləri, Dinlər Sülh Uğrunda Təşkilatı, Vicdana Çağırış Fondu və digər təşkilatların rəhbərləri ilə görüşləri nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:37]
Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq
- 02.10.2026 [14:09]
Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib
- 02.10.2026 [14:08]
Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO
- 02.10.2026 [13:58]