QOYUNÇULUQ İNKİŞAF EDİR
Son illər Lerikdə davarın baş sayı artaraq 125 minə çatmışdır. Rayon icra hakimiyyətindən müxbirimizə bildirmişlər ki, bu işdə Pirasora dövlət damazlıq qoyunçuluq müəssisəsinin xidməti böyükdür. Həmin müəssisə fermer təsərrufatına, hüquqi və fiziki şəxslərə hər il 1,5-2 min başa qədər damazlıq və ətlik qoyun satır. Sorsçayı kəndli fermer təsərrüfatı, “İnam” kooperativi bəslədikləri qoyunların sayını qısa müddətdə 200-dən 700-850 başa çatdırmışlar.Hazırda rayonun qoyun sürüləri Neftçala qışlaqlarından Lerik yaylaqlarına qaldırılır.