Azərbaycan Dövlət İnformasiya Agentliyi

QUBA OLİMPİYA İDMAN KOMPLEKSİNDƏ KREDİT YARMARKASI

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Quba Olimpiya İdman Kompleksində respublika İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Sahibkarlığa Kömək Milli Fondu və banklar tərəfindən təşkil olunmuş kredit yarmarkasının açılışında iştirak etmişdir.

Buraya toplaşanlar Azərbaycan rəhbərini səmimiyyətlə qarşıladılar.

Dövlətimizin başçısı əvvəlcə Quba, Xaçmaz və Dəvəçi rayonlarının kiçik və orta müəssisələri tərəfindən istehsal edilmiş məhsullarla tanış oldu.

Sonra mərasimi iqtisadi inkişaf naziri Fərhad Əliyev açdı.

İQTİSADİ İNKİŞAF NAZİRİ FƏRHAD ƏLİYEVİN

ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Sizin bu tədbirdə iştirak etməyinizi biz əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sahibkarlığa dövlət qayğısı siyasətinin məntiqi davamı kimi başa düşür və sahibkarlığın inkişafı ilə bağlı verdiyiniz tapşırıqların, qəbul edəcəyiniz qərarların lazımi səviyyədə yerinə yetirilməsi üçün bütün zəruri tədbirlərin bundan sonra da görüləcəyini bildiririk.

Sahibkarlığa Kömək Milli Fondu və banklar tərəfindən təşkil olunan bugünkü tədbir çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla kredit təşkilatları arasında görüşün keçirilməsi və kredit müqavilələrinin imzalanması nəzərdə tutulmuşdur.

Möhtərəm cənab Prezident!

Hörmətli yarmarka iştirakçıları!

2002-ci ilin aprel-may aylarında ümummilli liderimiz Heydər Əliyevin sahibkarlarla keçirdiyi görüşlərin nəticəsi olaraq, qəbul edilmiş qərarlardan biri də Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi qaydalarının təkmilləşdirilməsi və dövlət büdcəsindən bu məqsəd üçün ayrılan vəsaitlərin həcminin əhəmiyyətli dərəcədə artırılması olmuşdur. 2003-2005-ci illər üçün bu məbləğ 250 milyard manat təşkil edir. Təsdiq edilmiş qaydalara görə, kredit vəsaiti müsabiqə əsasında seçilən müvəkkil banklar vasitəsilə beş il müddətinə verilir və məqsədyönlü istifadə olunduğu halda, qarşılıqlı razılaşma əsasında onun ödənilmə müddəti uzadıla bilər. Kreditlərin maksimum məbləği 500 milyon manatdır və illik dərəcəsi 7 faizdən artıq olmamalıdır. Kreditlərin istifadəsində güzəşt müddəti müəyyən edilir.

Cənab Prezident, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramının icrasını sürətləndirmək, dövlət büdcəsindən sahibkarlığın inkişafı üçün ayrılan vəsaitlərin xüsusilə regionlarda yerləşdirilməsini təmin etmək məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadə qaydalarına Sizin 2004-cü ilin may ayında etdiyiniz düzəlişlərdən sonra kredit almaq bir az da asanlaşmışdır və qaydalar sadələşdirilmişdir. Yeni qaydalara əsasən, Fondun vəsaitinin istifadəsi üzrə müsabiqə komissiyasının tərkibinə dövlət qurumları ilə yanaşı, Azərbaycanda sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərən xarici maliyyə-kredit təsisatlarının və beynəlxalq təşkilatların nümayəndələri də daxil edilmişdir. Fondun vəsaitlərinin yerləşdirilməsinə kommersiya bankları ilə yanaşı, bank olmayan kredit təşkilatları da cəlb olunmuşdur. Mikrokreditlərin verilməsi məqsədi ilə vəsaitlərin müvəkkil kredit təşkilatların hesabına əvvəlcədən köçürülməsi qərara alınmışdır. Heç bir girov tələb olunmadan hər bir bank Fonddan 200 milyon manat məbləğində kredit ala bilir. Bu kreditlər haqqında məlumat verildikdən sonra banklara yeni tranş ayrılır.

Regionlarda həyata keçirilən layihələrin həcmi böyük olduqda, bəzi hallarda komissiyanın qərarı ilə kreditlərin məbləği 200 min dollara qədər artırıla bilər. Hazırda Fondun vəsaitinin yerləşdirilməsində 17 kommersiya bankı və bir bank olmayan kredit təşkilatı iştirak edir. 2003-cü ildə 310 sahibkarlıq subyektinə 57,3 milyard manat, 2004-cü ilin ötən dövrü ərzində 475 sahibkara 28,3 milyard manat güzəştli kredit verilmişdir. Bu ilin sonunadək veriləcək kreditlərin ümumi məbləği 100 milyard manata çatacaqdır. Ümumilikdə, 2003-2004-cü illər ərzində investisiya layihələrinin maliyyələşdirilməsinə 157,3 milyard manatın verilməsi nəzərdə tutulmuşdur.

Maliyyələşdirilmiş layihələrin 75 faizdən çoxu respublikanın regionlarının payına düşür və onların 94 faizi istehsal və emal yönümlüdür. Bu layihələrin həyata keçirilməsi nəticəsində 10 minə qədər yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. Hazırda Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, o cümlədən sahibkarlarla kredit təşkilatları arasında əlaqələrin genişləndirilməsi, kreditlərin verilməsində operativliyin artırılması məqsədi ilə bütün iqtisadi rayonlarda görüşlər keçirilir.

Cənab Prezident, Sizin tapşırığınıza uyğun olaraq, ilk belə görüş iyul ayının 13-də Şəki şəhərində keçirilmişdir. Şəki-Zaqatala iqtisadi rayonunun əhatə etdiyi Şəki, Zaqatala, Qax, Qəbələ, Oğuz, Balakən inzibati rayonları daxil olmaqla, orada 200-dən artıq sahibkara 10 milyard manatdan çox kredit verilmişdir. Həmin kreditlərin nəticəsində mindən artıq iş yerinin yaradılması nəzərdə tutulur.

Təqdirəlayiq haldır ki, bu təşəbbüsə digər banklar, bank olmayan kredit təşkilatları, habelə lizinq və sığorta şirkətləri də qoşulmuşlar. Bugünkü yarmarkada Fondla müqavilə bağlamış 16 bank, habelə müqavilə imzalamayan bank olmayan kredit təşkilatları, dörd sığorta şirkəti və üç lizinq şirkəti iştirak edir. Yarmarkada 415 hüquqi və fiziki şəxs 9,4 milyard manatdan artıq kredit ala biləcəkdir. Bunun da nəticəsində bölgədə 1300-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulur. Cənab Prezident, Sizin tapşırığınıza uyğun olaraq, ilin sonunadək digər iqtisadi rayonlarda da bu cür tədbirlər keçiriləcəkdir.

Yekunda Sizi əmin etmək istərdim ki, sahibkarlığın inkişafına yönəlmiş Heydər Əliyev siyasətinin həyata keçirilməsi, regionların iqtisadi inkişafının sürətləndirilməsi, sahibkarların problemlərinin həlli, onlardan ötrü əlverişli mühitin yaradılması və bunun nəticəsi olaraq yeni iş yerlərinin açılması, əhalinin güzəranının daha da yaxşılaşdırılması üçün bundan sonra da bütün imkanları səfərbər edəcəyik.

Cənab Prezident, Milli Olimpiya Komitəsinin Quba şəhərində belə bir şəraiti yaratdığı üçün, bu binanın Sizin dəstəyinizlə tikildiyini nəzərə alaraq, bu gün yarmarkada iştirak edən bütün iştirakçılar adından Sizə bir daha təşəkkür edirəm. Biz Quba şəhərində belə bir böyük tədbirin keçirilməsi üçün alternativ yer tapa bilmədik. Doğrudan da, belə bir möhtəşəm binada, Sizin iştirakınızla təməli qoyulmuş, inşa olunmuş və istifadəyə verilmiş kompleksdə bu tədbirin keçirilməsi bizi sevindirir. Biz Şəkidə də eyni tədbiri keçirərkən böyük bina tapa bilmədik və orada da idman kompleksindən istifadə etdik. Sahibkarlara dəstək verdiyiniz üçün Sizə bir daha minnətdarlığımızı bildiririk.

Dediyim kimi, bugünkü yarmarkanın əsəs məqsədi sahibkarlarla bankların işbirliyini təşkil etməkdir. Yəni sahibkarların kredit alması və bankların kredit verməsidir.

Cənab Prezident, icazənizlə, Sizin iştirakınızla bir neçə kredit sazişi imzalanardı.

X X X

Sonra Azərbaycan Prezidentinin iştirakı ilə Rabitəbank ilə Quba rayonu üzrə Qəçrəş müəssisəsi arasında meyvə-tərəvəzin qablaşdırılması, tara müəssisəsinin yaradılması ilə əlaqədar 490 milyon manatlıq saziş, ATAbank ilə fərdi sahibkar Vilayət Sərdarov arasında saziş, Texnikabank ilə Xaçmaz rayonunun Kardinal istirahət mərkəzi arasında 250 milyon manatlıq sazişlər imzalandı.

X X X

BANKLAR ASSOSİASİYASININ PREZİDENTİ

ZAKİR NURİYEVİN ÇIXIŞI

- Hörmətli cənab Prezident!

Hörmətli görüş iştirakçıları!

Cənab Prezident, əvvəlcə, icazə verin, vaxt tapıb bizimlə bu görüşdə iştirak etdiyiniz üçün bütün bank ictimaiyyəti adından Sizə təşəkkür edim.

Məlumunuz olduğu kimi, 2004-cü ildə Sizin banklar haqqında imzaladığınız yeni qanun qüvvəyə minmişdir. O, əvvəlki illərdə qəbul edilmiş qanundan xeyli fərqlənir, respublikamızda bank sisteminin dünya bank sisteminə uyğunlaşdırılmasına imkanlar yaradır. Hazırda Azərbaycan Respublikasında 106 kredit təşkilatı, o cümlədən 43 bank fəaliyyət göstərir. Respublikamızda bərqərar olmuş makroiqtisadi sabitliyin qorunması, inflyasiyanın orta səviyyəli Avropa standartlarına uyğun saxlanılması, milli valyutanın sabitliyinin təmin olunması, valyuta ehtiyatlarının artırılması və zəruri həddə qaldırılması, habelə bank islahatlarının hərtərəfli dərinləşdirilməsi, nəzarət sisteminin təkmilləşdirilməsi son dövrdə Azərbaycan bank sisteminin qarşısında duran əsas məqsədlər olmuşdur.

Demək olar ki, qarşıya qoyulmuş məqsədlərə nail olunmuş, pul-kredit siyasətinin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Bununla yanaşı, iqtisadi inkişaf templərinə uyğun gələn və bank-maliyyə sisteminin mövcud sabitliyinə xələl gətirməyən pul təkliflərinin addımı da təmin olunmuşdur. Respublikada mərkəzləşdirilmiş kredit üzrə uçot-faiz dərəcəsi 2002-ci ilin sonundan indiyədək 7 faiz həcmində qalmaqdadır ki, bu da MDB ölkələri içərisində ən aşağı göstəricidir. Bu günə milli valyutanın sabitliyi şəraitində ölkənin bank sisteminin inkişafında bankların aktivlərinin və öhdəliklərin həcminin artımı iqtisadiyyata kredit qoyuluşunun artımı, bank sisteminə olan inamın möhkəmləndirilməsi kimi müsbət meylləri formalaşdırmışdır.

Əvvəlki illərdə olduğu kimi, 2004-cü ildə də bank sektorunun təkmilləşdirilməsi, bank sistemi sabitliyinin artırılması bankların maliyyə vasitəçilik funksiyalarının keyfiyyətinin yüksəldilməsi və bank fəaliyyətinin beynəlxalq standartlara yaxınlaşması çərçivəsində həyata keçirilir. Bankların aktiv əməliyyatları sırasında müştərilərə verilən kreditlərin sürəti artmışdır. Kredit portfeli 2004-cü ilin əvvəlinə nisbətən cari ilin 6 ayı ərzində 400 milyard manat artaraq, 3,7 trilyon manata çatmışdır. Eyni zamanda, depozitlərin ümumi həcmi 2004-cü ilin əvvəli ilə müqayisədə 17,6 faiz artaraq, 3,7 trilyon manat olmuşdur. Əhalinin əmanətləri isə cari ilin 6 ayı ərzində ilin əvvəli ilə müqayisədə 25,4 faiz artaraq, 1,7 trilyon manata çatmışdır.

Hörmətli cənab Prezident, regionların sosial-iqtisadi inkişaf proqramının təsdiq olunması, onun konkret maliyyə mənbələri ilə təmin edilməsi bu proqramın həyata keçirilməsinin tam reallığını sübut edir. Azərbaycanda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Sahibkarlara Kömək Milli Fondunun fəaliyyət göstərdiyi iki ilə yaxın dövr ərzində bu mexanizm xeyli səmərəli metodlardan biri olduğunu sübut etdi. Fond vasitəsilə vəsaitlərin həm uzun müddətə, həm də xeyli aşağı faizlə (7 faiz) verilməsi bu işi xeyli maraqlı etmişdir. Bu, həm sahibkarlığın inkişafına, həm də sahibkarlığın xüsusi bir sahəsi olan bank sisteminin, onun regional şəbəkəsinin inkişafına təkan vermişdir.

Yaradılmış əlverişli şərait bankların bütövlükdə filiallarının sayının 318-ə çatmasına imkan vermişdir. Banklar bu filialları vasitəsilə nəinki kreditlərin verilməsini, eyni zamanda, kommunal ödənişlərin – həm respublikamızın paytaxtı Bakı şəhərində, həm də regionlarda - yığılmasını təmin edən elektron sistemlər qurmuşlar. Eyni zamanda, kommersiya bankları tərəfindən beynəlxalq maliyyə təsisatlarından da vəsaitlərin fəal cəlb edilməsi prosesi davam etmişdir. Hazırda kommersiya bankları Avropa və Yenidənqurma İnkişaf Bankından, İslam İnkişaf Bankından, Beynəlxalq Maliyyə Korporasiyasından, Almaniya-Azərbaycan Fondundan vəsaitləri cəlb edərək, sahibkarlığın və xüsusən regionlarda kiçik və orta sahibkarlığın inkişafına yönəltmişdir.

Hörmətli cənab Prezident, bu tədbirdə iştirak etdiyinizə görə bir daha təşəkkür edərək, bankların təşəbbüsünü dəstəklədiyiniz üçün Sizə bütün bank ictimaiyyəti adından minnətdarlığımızı bildiririk. Sizi əmin etmək istəyirik ki, kommersiya bankları bundan sonra digər regionlarda da bu cür yarmarkalar keçirəcək və sahibkarlığın inkişafı üçün zəruri olan maliyyə dəstəyini verəcəklər.

X X X

ATABANK HOLDİNQİN PREZİDENTİ ƏHMƏD ERENTOKUN ÇIXIŞI

- Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi sabitlik və iqtisadi inkişafın bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, onun ardıcıllıqla imzaladığı dövlət proqramları və fərmanlar Azərbaycanı böyük dinamizmlə inkişaf etdirməkdədir. Görülən bu işlər Azərbaycanda, o cümlədən regionlarda qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi və problemlərin kompleks həll edilməsi üçün böyük tarixi əhəmiyyət kəsb edir.

Azərbaycandakı böyük canlanma, eyni zamanda, xarici iş adamları və maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilərək, ölkəyə daha böyük marağın olmasına imkan yaratmaqdadır.

Sahibkarlığa Kömək Milli Fondunun təkmilləşdirilməsi sahibkarlığın qeyri-neft sektorunun inkişafında vacib olan maliyyə problemlərinin həlli üçün çox mühümdür. Məhz bu gün hamımız bu məqsədlə bir yerə yığışmışıq və cənab Prezidentimizin bu tədbirdə iştirak edib bizim banklara, sahibkarlara dəstək verməsinə görə ona bir daha minnətdarlığımızı bildiririk.

Bu, iki ay ərzində bölgəyə ikinci səfərimizdir. Ümumiyyətlə, 7 dəfə səfər edərək, minlərlə sahibkarla görüşmüşük. Görüşlər nəticəsində 1117 layihə və 75 milyard manatlıq sifariş qəbul olunmuşdur. Bu gün bundan 608 layihəyə və 24 milyard manata yaxın kreditə qəbul rəyi verilmişdir. Həftənin sonunadək 457 layihə üzrə 11 milyard manatlıq kredit paylanacaqdır.

Vacib bir məsələni də demək istəyirəm ki, ATAbank bu gün ən baş sığorta şirkəti ilə imzaladığı müqavilə əsasında, girov qoya bilmədiyinə görə kredit ala bilməyən qaçqın və məcburi köçkünlər üçün Sahibkarlığa Kömək Milli Fondunun qaydaları ilə mikrokreditləri sığortalayaraq, girovsuz paylamağa başlayacaqdır. Yaxın vaxtlarda yaranmış Atalizinq firması ATAbankın maliyyə mənbəyinin xaricində bütün kənd təsərrüfatı və istehsalat sahəsində texnika və avadanlığa ehtiyacı olan sahibkarlara yeni imkanlar yaradacaqdır.

Azərbaycanın hər yerində böyük canlanma var, dövlət və hökumət qurumları, qeyri-dövlət təşkilatları və ictimai birliklər, təhsil ocaqları, sahibkarlar və Azərbaycanda çalışan xarici iş adamları birgə fəaliyyət göstərərək, ölkənin iqtisadiyyatını daha da möhkəmləndirmək üçün işləyirlər. Fəaliyyətimizlə əlaqədar ölkədə siyasi sabitliklə yanaşı, digər vacib amillər də mövcuddur. Bunlar Azərbaycanın coğrafi-siyasi vəziyyəti, enerji resursları və kənd təsərrüfatının zənginliyi, qədim mədəniyyəti, yüksək elmi və texniki potensialıdır. Ən əsası da cənab Prezidentimiz tərəfindən yaradılan hüquqi baza ilə sahibkarlara verilən xüsusi dəstəkdir.

İndi əlimizdə hər cür imkanlar vardır. Bizlərin vəzifəsi bunları birləşdirib gözəl məhsullar istehsal etmək, dünya bazarlarına çıxarmaq, Azərbaycanı regionda lider, dünyada bir addım öndə aparmaqdır. Diqqətinizə görə sağ olun.

X X X

QUBALI SAHİBKAR MƏSTAN ABDULLAYEVİN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli tədbir iştirakçıları!

Fürsətdən istifadə edib, bu gözəl Quba torpağına gəldiyiniz üçün Sizə “Xoş gəlmisiniz!” deyirik.

Mən bir sahibkar kimi, bu gün çox sevinirəm. Ona görə ki, 7 faizlə heç bir təmənna olmadan, beşillik kredit almışam. Əlbəttə, bu yarmarka xalqımızın, dövlətimizin inkişafına böyük təkandır. Xahiş edərdim ki, belə tədbirlər tez-tez keçirilsin.

Möhtərəm cənab Prezident, Sizə, İqtisadi İnkişaf Nazirliyinə, Sahibkarlara Kömək Milli Fonduna və yarmarkada iştirak edən banklara dərin minnətdarlığımı bildirirəm. Sağ olun.

X X X

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndər dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ