Qubada 20 Yanvar faciəsinin qurbanları anılmışdır
Quba, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Qubada 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov çıxış edərək 22 il əvvəl Bakıda sovet qoşunları tərəfindən törədilmiş qanlı aksiyanın qurbanlarının xatirəsini yad etmişdir. Xalqın qəhrəmanlıq tarixi kimi yaddaşlara həkk olunan həmin gecədə 132 nəfər şəhid olmuş, 744 nəfər ağır yaralanmışdır. Qeyd olunmuşdur ki, 20 Yanvar hadisələrinə əsl siyasi qiymət məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra verilmişdir. Vurğulanmışdır ki, 20 Yanvar faciəsində Qubanın 2 sakini də şəhid olmuş, 3-ü yaralanmışdır.
Sonda tədbir iştirakçıları faciəyə həsr olunmuş sənədli filmə baxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]