Qubada evi yanan şəhid ailəsinə yeni mənzil təqdim olunub
Quba, 23 avqust, Elxan Yusifli, AZƏRTAC
Qubada Birinci Qarabağ müharibəsi şəhidləri Qoşqar və Eldar Məhərrəmovların atası Məhərrəmov Mahur Xanbala oğlu yeni mənzillə təmin edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 23-də Məhərrəmovlar ailəsinə Prezident İlham Əliyevin “Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Sərəncamı əsasında inşa olunmuş dördmərtəbəli binadan mənzil verilib. Yeni ikiotaqlı mənzilin açarlarını Mahur Məhərrəmovun ailəsinə Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri təqdim ediblər.
Qeyd edək ki, bu il iyunun 12-də Quba rayonunun Dərk kəndində baş vermiş yanğın zamanı Mahur Məhərrəmovun evi tamamilə yanaraq yararsız vəziyyətə düşmüşdü. Müvafiq dövlət qurumlarının nümayəndələri şəhid ailəsi ilə görüşüb, zərərçəkmiş ailəyə müvafiq köməyin göstəriləcəyini bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:19]
Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb
- 10.06.2026 [15:53]
AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO
- 10.06.2026 [14:48]
Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi
- 10.06.2026 [13:48]
Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb
- 10.06.2026 [13:42]
Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib
- 10.06.2026 [13:32]
Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb
- 10.06.2026 [12:01]