Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubadlı sakinləri tezliklə doğma yurda qayıdacaqlarına inanırlar

Qubadlı rayonu 1993-cü il avqustun 31-də təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub

Sumqayıt, 29 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Qubadlı rayоnu inzibati ərazi vahidi kimi 1933-cü ildən təşkil оlunub. Azərbaycan Respublikasının cənub qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Ərazisi 802 kvadratkilometrdir. Hazırda əhalisi 38 min 626 nəfər olmaqla, milli mənsubiyyəti bütünlüklə azərbaycanlılardan ibarətdir.

Ermənistan Respublikası ilə (120 km), Laçın, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (Hadrut rayоnu ilə 45 km), Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəd olmaqla Həkəri və Bərgüşad çaylarının hövzəsində yerləşir. Rayon 31 inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən ibarət olmaqla, 1 şəhər və 93 kəndi əhatə edir.

1993-cü il avqust ayının 31-də rayonun ərazisi təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Şuşa, Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal оlunduqdan sonra mühasirə vəziyyəti yarandığından 1993-cü il avqust ayının sonunda əhali rayonu tərk etmək məcburiyyətində qalıb.

Qubadlı kənd təsərrüfatı rayоnudur. İşğaldan əvvəl rayonda əsasən taxılçılıq, tütünçülük, üzümçülük, baramaçılıq və maldarlıqla məşğul оlunurdu. 1970-1980-ci illərdə sənaye sahəsi inkişaf еtdirilirdi. Rayonda yerli ehtiyacları təmin edən mişar daşı karxanası, travеrtin və mərmər üzlük daş sexləri, üzümün ilkin emalı zavodu, cihazqayırma zavodu, tikiş fabriki, inkubator-quşçuluq stansiyası, asfalt-beton zavodu fəaliyyət göstərirdi.

Rayonda 21 orta, 26 səkkizillik, 15 ibtidai, 2 əyani-qiyabi məktəb var idi. Bu təhsil оcaqlarında 5822 şagird təhsil alırdı. Rayonda 4 xəstəxana, 33 səhiyyə müəssisəsi, 111 mədəni maarif müəssisəsi, 125 ticarət, 96 ictimai iaşə, 25 məişət xidməti, 11 rabitə müəssisəsi, 48 kənd təsərrüfat müəssisəsi, 4 zavоd və 2 fabrik fəaliyyət göstərirdi.

Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Bura xalqın tarixi keçmişini əks etdirən mədəni abidələrlə zəngindir. Qubadlı ərazisində son tunc, ilk dəmir dövrünə aid abidələr var. XIV-XIX əsrə aid türbələr, qalalar, bulaqlar, körpülər, səngərlər, daşdan yonulma qoç və at heykəlləri, məscidlər tarixi-mədəni abidələr kimi dövlət tərəfindən qоrunurdu.

Bu gün sayı 38 min 626 nəfər olan Qubadlı rayonunun əhalisi respublikamızın 41 müxtəlif şəhər və rayonunda məskunlaşıb. Sumqayıt şəhərində 23 min 334 nəfər, Bakı şəhərində 11 min 157 nəfər, Abşeron rayonunda 3 min 176 nəfər, digər 3 şəhər və 28 kənd rayonunda 959 nəfər məskunlaşıb.

Qubadlı rayonunun idarə, müəssisə, təşkilatları əsasən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunun ərazisində yerləşir. Qubadlı Rayon İcra Hakimiyyətinin yeni tikilmiş inzibati binası Sumqayıt şəhərində yerləşir.

Sakinlərin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Abşeron rayon “st. Sumqayıt” yaşayış massivində və Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş şəhərciklərdə məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi işi tam başa çatıb. Min beş və min bir ailəyə hesablanan qəsəbələrin əsas kontingenti bu rayondan olan məcburi köçkünlərdir. Belə ki, “st. Sumqayıt”ın ərazisindəki şəhərciyə 357 ailə, Sumqayıt şəhər 12-ci mikrorayondakı şəhərciyə isə 521 ailə köçürülüb. Bununla yanaşı, Qaradağ rayon “Ümid” qəsəbəsinə 19 ailə, Şirvan şəhərindəki şəhərciyə 19 ailə, “Qobu Park” yaşayış kompleksinə 22 ailə, Pirallahı rayonunda salınmış şəhərciyə 9 ailə, Kürdəxanı qəsəbəsində salınmış yaşayış kompleksinə 5 ailə və bu il isə “Qobu Park” yaşayış kompleksinə yenidən 15 ailə köçürülüb. Hazırda “st. Sumqayıt”ın ərazisində 3 məktəb, Qubadlı şəhər 1 saylı körpələr evi-uşaq bağçası, rabitə qovşağının poçt şöbəsi, Mahruzlu kənd həkim məntəqəsi fəaliyyət göstərir. Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş şəhərcikdə isə 2 məktəb, Qubadlı şəhər 2 saylı körpələr evi-uşaq bağçası yerləşir.

Qeyd etmək lazımdır ki, bu il rayon Mərkəzi Xəstəxanasının yanında Gigiyena və Epidemiologiya Mərkəzinin yeni binası tikilib istifadəyə verilib. “St. Sumqayıt” ərazisində rayon rəhbərliyinin təşəbbüsü və köməyi ilə sakinlərin asudə vaxtını səmərəli keçirmələri üçün park salınıb və ərazinin genişləndirilməsi üçün işlər davam etdirilir.

Sumqayıt şəhəri 26-cı məhəllədə yerləşən “Şəfa” sanatoriyası ərazisində 800 nəfərlik mərasim evi, 12-ci mikrorayon ərazisində 100 nəfərlik, 47-ci məhəllədə 150 nəfərlik mərasim evləri tikilib, zəruri avadanlıqlarla təmin edilərək məcburi köçkünlərin istifadəsinə verilib. Eyni zamanda, “Şəfa” sanatoriyasının I və II mərtəbəsində olan 74 boş otaq və 1500-dən çox fərdi ev rayon icra hakimiyyətinin köməyi ilə təmir olunaraq məcburi köçkünlərin istifadəsinə verilib.

Bakı və Sumqayıt şəhərlərində son illər ərzində 150-dən çox evin dam örtüyü əsaslı təmir olunub, 20 transformator quraşdırılıb. Sumqayıt şəhərinin 40-cı məhəlləsində 80 ailənin məskunlaşdığı 2 bina, Z.Tağıyev qəsəbəsində 50 ailənin məskunlaşdığı bir bina və 112 ailənin yaşadığı fərdi ev qazlaşdırılıb, 300 metr yeni kanalizasiya xətti çəkilib, 10 istirahət guşəsi düzəldilib. Xızı rayon Sitalçay kəndində məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə yollara asfalt örtüyü döşənib, 1000 metr içməli su xətti çəkilib. Hazırda Abşeron rayon “st. Sumqayıt” ərazisində salınmış şəhərcikdə tikinti işləri sürətlə davam etdirilir.

Rayonda 20 min 800 nəfər əmək qabiliyyətli əhali var. Ümumiyyətlə, son illərdə rayon üzrə 4 min 203 yeni iş yeri açılıb, 1612 sahibkarlıq subyekti yaradılıb. Hazırda 950 nəfər vergi ödəyicisi fəaliyyət göstərir. Rayonda sahibkarlığın inkişafına dəstək olaraq fiziki və hüquqi şəxslərin qeydiyyata alınması da yeni işlə təmin olunanların sayının artmasına imkan yaradıb.

Respublikada 33 rayon mərkəzi xəzinədarlıqdan dotasiya almadan özünü maliyyələşdirir. Həmin rayonlardan biri də Qubadlı rayonudur. Həmin rayonlar arasında Qubadlı rayonu yeganə köçkün rayonudur. Bu isə rayonda sahibkarlığın inkişafı istiqamətində aparılan işlərin düzgün olduğunun göstəricisidir.

Rayonda müasir dövrün tələbləri səviyyəsində 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Son illərdə 21 məktəb binası yenidən tikilərək əsaslı təmir edilib. Bundan başqa, rayon icra hakimiyyətinin köməyi ilə şagird sıxlığı nəzərə alınaraq Xanlıq 3 saylı, Qəzyan və Xıdırlı məktəblərində əlavə modul tipli sinif otaqları, Çaytumas kənd məktəb-liseyində 9 sinif otağı və 100 nəfərlik akt zalı, Çardaxlı kənd tam orta məktəbində 4 əlavə sinif otağı, bundan əlavə məktəbin həyətində yaşıl meydança quraşdırılıb.

Son illərdə rayonun tarixində əlamətdar hadisələrlə yadda qalıb. Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi donanmasının “Qubadlı” adlı yeni təchizat gəmisinin istismara verilməsi mərasimi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Ramana qəsəbəsində müasir tələblərə cavab verən Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbinin açılış mərasimi keçirilib.

Kənd təsərrüfatı sahəsində də müəyyən işlər görülüb. Rayon icra hakimiyyətinin köməyi ilə baramaçılığı inkişaf etdirmək üçün Füzuli və Sabirabad rayonları ərazisində əkilmiş 10 min 500 ədəd tut tinginə aqrotexniki qaydada qulluq edilərək, bütün tədbirlər görülüb. Yüksək və keyfiyyətli yem bazasının olması bu il rayon baramaçılarının istehsalla məşğul olmasına imkan verib və 1001 kiloqram barama tədarük edilərək plan yerinə yetirilib.

Rayon sahibkarlarının hazırda 5200 arı ailəsi var. Xüsusilə son illər arıçılığı inkişaf etdirmək üçün müəyyən işlər görülməkdədir. İşlərin davamı olaraq Sumqayıt şəhərində TİKA (Türkiyə İşbirliyi Koordinasiya Agentliyi) və Qubadlı Arıçılar Birliyi birgə 119000 manat vəsait qoyularaq 34000 manat yerli, 85000 manat xarici investisiya hesabına arıçılıq məhsullarının qablaşdırılması üçün rayon arıçılarına xidmət göstərəcək müəssisə yaradılıb. Bu müəssisədə 20 nəfər işlə təmin olunub. Hazırda sakinlər tərəfindən əkilmiş taxıl sahələrinə, baramaçılara, arıçılara dövlət büdcəsi hesabına ödəniləcək subsidiyaların verilməsi ilə bağlı işlər görülür.

Regionların 2019-2023-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda İlham Əliyevin qarşıya qoyduğu mühüm vəzifələrin rayonda uğurla icra olunması üçün rayon icra hakimiyyəti yeni iş yerlərinin yaradılması, istehsal sahələrinin açılması, iaşə və xidmət sahələrinin genişləndirilməsi üçün maarifləndirmə tədbirlərinin keçirilməsi, köçkünlər arasında bu sahədə işin səmərəli təşkil olunması üçün bütün imkanlardan istifadə edir. Bütün bayramlarda, əlamətdar günlərdə şəhid ailələrinə, imkansız və aztəminatlı ailələrə mütəmadi olaraq yardımlar edilir. Rayon icra hakimiyyətinin daxili imkanları hesabına yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə kömək göstərilir. Həmçinin Böyük Vətən müharibəsi veteranlarına hər il Qələbə günü münasibətilə maddi yardım edilir.

Rayon Mərkəzi Xəstəxanasının poliklinikası müasir səviyyədə tikilərək bütün zəruri avadanlıqlarla təmin edilib. Xəstəxananın poliklinika şöbəsi 4 səhiyyə müəssisəsi ilə birlikdə məcburi köçkünlərə tibbi xidmət göstərilməsi işini davam etdirir. Poliklinikanın əsas işlərindən biri Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən pulsuz keçirilən kütləvi müayinə ilə bağlı aparılan işlərdir. Müayinə işinin mütəşəkkil yerinə yetirilməsi üçün poliklinika şöbəsində hazırlıq işləri aparılıb, ərazi dairələri üzrə qrafik tərtib edilərək məcburi köçkünlərin tibbi müayinədən keçməsi təmin olunub.

Gənclər siyasətinin rayonda ardıcıl həyata keçirilməsi üçün müntəzəm iş aparılır. Gənclər və İdman idarəsi əlaqədar təşkilatlarla birgə gənclərdə hərbi vətənpərvərlik hislərinin güclənməsi, vətənə bağlılıq, pis vərdişlərdən uzaq olmaları məqsədilə müntəzəm olaraq tədbirlər keçirilir. Rayon rəhbərliyinin diqqət və qayğısı nəticəsində rayonda idmançılar üçün yüksək şərait yaradılıb. Hazırda rayonun 4 ümumtəhsil məktəbində idman zalı idmançıların ixtiyarına verilib. Məcburi köçkünlərin sıx məskunlaşdığı Sumqayıt şəhərində yerləşən “Şəfa” sanatoriyasında müasir idman avadanlıqları ilə təmin olunmuş zalda idmançıların məşq keçməsi və fiziki cəhətdən yarışlara hazırlanması üçün bütün şərait yaradılıb. Rayonun gəncləri dünyanın idman arenalarında Azərbaycanı ləyaqətlə təmsil edirlər. Köçkünlük dövründə rayonun 57 idmançısı dünya və Avropa çempionatlarının, beynəlxalq turnirlərin qalibləri olub.

Qubadlı rayonu torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə 238 şəhid verib. Bununla yanaşı, 316 nəfər Qarabağ əlili, 100 nəfərdən çox insan isə itkin düşmüş kimi qeydə alınıb. Prezidentin Fərmanı ilə rayonumuzdan olan 11 nəfər Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif olunub. Onlardan Şükür Həmidov və Fəxrəddin Cəbrayılov hazırda öz fəaliyyətlərini davam etdirirlər. Şəhidlərin xatirəsinin anılması, şəhid ailələrinə qayğı rayon rəhbərliyinin daim diqqət mərkəzində olan məsələlərdəndir. Rayon icra hakimiyyətində şəhid ailələri qəbul qrafikindən kənar hər vaxt qəbul edilir, dinlənilir, üzləşdikləri problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Rayonda şəhid adlarının əbədiləşdirilməsi istiqamətində bir çox işlər görülüb. Belə ki, rayonun ümumtəhsil məktəblərinin əksəriyyəti və mədəniyyət evləri rayon şəhidlərinin adını daşıyır. Milli qəhrəman Əliyar Əliyevin adı Qəzyan kənd tam orta məktəbinə, o cümlədən döyüşlərdə şəhid olmuş və Milli Qəhrəman adına layiq görülmüş keçmiş polis işçiləri Vasili Əliyevin adı rayon mədəniyyət evinə, Kərəm Mirzəyevin adı isə rayonun Xanlıq kənd 1 saylı tam orta məktəbinə verilib. Bütün bunlarla yanaşı, şəhidlərin anım günləri, onların şərəfinə idman yarışları və yubiley tədbirləri keçirilir. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə Qubadlı rayonundan olan şəhidlərin həyat yolunu əks etdirən “Vətən oğul istəyəndə” kitabı çap olunub. Rayonun “Bərgüşad” qəzetində mütəmadi olaraq şəhidlərə həsr olunmuş yazılar dərc edilir.

2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu öz qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həmçinin işğal olunmuş ərazilərimizi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çox qısa müddətdə düşməndən azad etməyə qadirdir. Ali Baş Komandan İlham Əliyev tərəfindən Aprel döyüşlərində fərqlənən Həmidov Şükür Nəriman oğlu Milli Qəhrəman, Bərxudarov Mais Şükür oğlu general-mayor hərbi rütbəsi və Qasımov Faiq Qaçay oğlu igidliyə görə I dərəcəli medalla təltif olunublar. Hər üç həmyerlimizin yüksək fəxri ad və hərbi rütbə alması rayon sakinlərinin hədsiz sevincinə səbəb olub. Həmin ərəfədə 100 nəfərdən ibarət rayon ziyalısı, ağsaqqalı, hüquq-mühafizə orqanlarının işçiləri Füzuli rayonundakı N saylı hərbi hissəyə gedərək zabit, əsgər heyətlə görüşüb, konsert proqramı ilə çıxış edib.

COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılması ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunması məqsədilə genişmiqyaslı tədbirlər davamlı olaraq həyata keçirilir. Qubadlı rayonu üzrə də koronavirus infeksiyası ilə bağlı genişmiqyaslı tədbirlər görülür. Belə ki, infeksiyanın yayılması hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq tapşırıqlara əsasən, Rayon Gigiyena və Epidemiologiya Mərkəzi və aparılan təmizlik və dezinfeksiya işlərinə cəlb edilmiş Rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin kompakt məskunlaşdığı yerlərdə dezinfeksiya işləri həyata keçirilir və binaların, yataqxanaların girəcəkləri, pilləkən qəfəsləri, həyətyanı sahələr təmizlənir.

Pandemiyanın ilk günlərində 3300 ailəyə ərzaq bağlaması təqdim olunub. Məşğulluq Mərkəzi tərəfindən rayondan olan 651 ailəyə 190 manat birdəfəlik yardım edilib. Eyni zamanda, 19 nəfər ictimai işlə təmin olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş xüsusi karantin rejimi qaydaları və eyni zamanda, “evdə qal” çağırışının təmin olunması məqsədilə aztəminatlı ailələrə yardım aksiyası keçirilir. “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən və vətəndaş həmrəyliyini genişləndirmək məqsədi daşıyan bu kampaniyada rayonumuz da yaxından iştirak edir. Rayon icra hakimiyyətinin, həmçinin müxtəlif dövlət qurumları və təşkilatlar tərəfindən, eləcə də rayon icra hakimiyyətinin təşəbbüsü, iş adamlarının köməyi ilə yaşlı insanlara, tənhalara, imkansız və işsiz ailələrə ərzaq yardımları olunur. Qubadlı rayon sakinlərinə, ümumilikdə, 2400-dən çox ərzaq bağlaması verilib. Hər bir sakinlə xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etmək və evdə qalmaqla özlərini qorumaqla bağlı söhbətlər aparılır. Sakinlər dövlət başçısına göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirirlər.

Qubadlıların məskunlaşdığı 41 şəhər və rayonun heç birindən Qubadlı dağları görünmür. Ancaq hər bir qubadlılı, hətta köçkünlükdə anadan olan körpələrimiz belə harada yaşamalarından, dünyanın hansı nöqtəsində olmalarından asılı olmayaraq Qubadlı dağlarını görürlər - öz ürəklərinin gözü ilə görürlər. Və tezliklə doğma yurda qayıdacaqlarına inanırlar. Prezident İlham Əliyevin apardığı müdrik siyasət, götürdüyü düzgün istiqamət buna zəmanət verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda ev yanıb, ölən var

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndər dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK