“Queen” qrupu bir milyard dinləməyə görə mükafat alıb
Bakı, 21 iyul, AZƏRTAC
İngilis “Queen” qrupu Böyük Britaniyada bir milyard dinləməyə görə “Brit Billion Award” mükafatını alıb. Hesablamanı “Official Charts Company” şirkəti aparıb. AZƏRTAC “Variety” nəşrinə istinadla xəbər verir ki, mükafatı “Brit Awards” şirkəti təqdim edib.
Mükafat Brayan Mey və Rocer Teylora verilib. “Qrup adından bu mükafatı almaqdan həyəcan keçirirəm. Bir milyard dinləmə - bu, inanılmazdır. Biz hələ ki, buradayıq və sizi bir az daha əyləndirməyə ümid edirik”, - deyə qrupun əfsanəvi gitara ifaçısı bildirib.
“Queen” qrupu, ötən əsrin 70-ci illərinin ortalarından 90-cı illərinin ortalarına qədər ən geniş şöhrət qazanan ingilis rok qrupudur. “Qeen” rok musiqisi tarixinin ən uğurlu qruplarından biridir, albomlarının ümumi dünya tirajı 300 milyonu ötüb. “Qeen” qrupunun “We Will Rock You” və “We Are the Champions” mahnıları müasir dünyanın ən məşhur iki mahnısıdır. Qrupun əksər tənqidçilər tərəfindən rok klassikası hesab olunan "Bohemian Rhapsody”, “The Show Must Go On”, “Don't Stop Me Now”, “Innuendo”, “Radio Ga Ga” mahnıları da çox populyardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:24]
Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb
- 29.09.2026 [11:20]
“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir
- 29.09.2026 [03:50]
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib
- 28.09.2026 [19:06]
Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [20:00]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [19:58]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:44]