Quldurluqda şübhəli bilinən 2 nəfər saxlanılıb
Bakı, 13 fevral, AZƏRTAC
Fevralın 11-də saat 20 radələrində Səbail rayonu ərazisində 3 nəfərin bıçaqla hədələnməsi, onların birindən içərisində 2 min ABŞ dolları və sənədlər olan cüzdanının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Cavadov və Biləsuvar rayon sakini Asif Bağışov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:25]
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
- 12.10.2026 [16:14]
QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək
- 12.10.2026 [15:45]
“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib
- 12.10.2026 [15:38]