Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qurban Nəzirov: “Azərbaycan Dəmir Yolları” birinci Avropa Oyunları zamanı gücləndirilmiş rejimdə işləyəcək

Qurban Nəzirov: “Azərbaycan Dəmir Yolları” birinci Avropa Oyunları zamanı gücləndirilmiş rejimdə işləyəcək

Bakı, 9 fevral, AZƏRTAC

Təxminən dörd aydan sonra Bakıda birinci Avropa Oyunları başlayacaq. Yarışlarla əlaqədar ölkəmizə çoxsaylı qonaqların gələcəyini nəzərə alsaq, onların nəqliyyat məsələlərinin həlli öz aktuallığını saxlamaqdadır. Bu baxımdan “Azərbaycan Dəmir Yolları” QSC-nin üzərinə də mühüm vəzifələr düşür. Mövzu ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb:

- Qurban müəllim, ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarına az vaxt qalır. Dəmir yolunda sərnişindaşımada keyfiyyətin yüksəldilməsi də bu baxımdan xüsusi önəm daşıyır. Bilmək istərdik, turistlərin dəmir yolu biletini daha asan əldə etmələri üçün elektron bilet satışı xidmətlərinin genişləndirilməsi istiqamətində hansı tədbirlər görülür?

- Dəmir yolu nəqliyyatında xidmət səviyyəsinin yaxşılaşdırılması, sərnişinlərə göstərilən xidmətlərin ən müasir standartlara cavab verməsi üçün bütün istiqamətlərə hərəkət edən sərnişin qatarlarına bilet satışı elektronlaşdırılaraq “onlayn” vasitəsilə təmin edilib. Respublika ərazisində bilet satışı kassalarda tam kompyuterləşdirilib, sərnişinlərin rahat və maneəsiz bilet əldə etmələri üçün bütün lazımi tədbirlər görülüb. “Qaynar xətt” şəbəkəsi yaradılıb, elektron ünvanlar müəyyən edilib. Eyni zamanda, sərnişin təsərrüfatına aid bütün məlumatlar saytda yerləşdirilib. Bundan başqa, Bakı sərnişin stansiyasının kassalarında post terminal aparatları da quraşdırılıb. Digər bilet kassalarında da post terminal aparatlarının quraşdırılması istiqamətində işlər aparılır. Bakı sərnişin stansiyasında və digər bilet satışı aparan kassalarda respublika daxili bilet satışının hər iki istiqamətə (gediş və gəliş), 2 nömrəli bilet kassasında isə Rusiya və Ukrayna dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və geriyə bilet satışının təşkili təmin olunub.

- Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planına əsasən Bakı, Sumqayıt, Biləcəri, Balakən və Lənkəran dəmir yolu vağzallarında təmir işləri həyata keçirilməli idi. Vəziyyət nə yerdədir?

- Tədbirlər Planında nəzərdə tutulmuş işlər həyata keçirilməkdədir. Artıq Biləcəri, Lökbatan, Baş Sumqayıt dəmir yolu vağzallarında sərnişinlər üçün lazımi şərait yaradılıb. Balakən dəmir yolu vağzalının dam örtüyü tam, Gəncə vağzalı isə əsaslı təmir edilib. Digər vağzallarda da yenidənqurma işlərinin aparılması planlaşdırılır.

- Yarışlarla bağlı ölkəmizə çoxsaylı qonaqların gələcəyini nəzərə alsaq, dəmir yolu stansiyalarında məlumatların xarici dillərdə oxunması vacibdir. Bu baxımdan Bakı və Sumqayıt sərnişin stansiyalarında, eləcə də Gəncə vağzalında səsli məlumatların səsləndirilməsi üçün hansı tədbirlər görülür?

- Bakı və Sumqayıt sərnişin stansiyalarında, eyni zamanda, Gəncə vağzalında səsli məlumatların yayılması üçün hazırlıq işləri görülüb. Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə həmin məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.

- Ölkəmizə gələn qonaqlar dəmir yolunun xidmətlərindən də yararlanacaq, respublikamızın səfalı guşələrinə səfər edəcəklər. Bu baxımdan sərnişin qatarlarında servisin yaxşılaşdırılması üçün hansı addımlar atılır?

- Azərbaycan son illər ərzində bir çox beynəlxalq və regional tədbirlərin arenasına çevrilib. Paytaxtımız bu yaxınlarda birinci Avropa Oyunları kimi mötəbər bir tədbirə ev sahibliyi edəcək. Bu sahədə ölkənin bütün müvafiq qurumların üzərinə məsuliyyət düşür. Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı Nəqliyyat Nazirliyi tərəfindən konkret kompleks tədbirlər proqramı hazırlanıb və biz də öz fəaliyyətimizi həmin proqrama uyğun həyata keçirəcəyik. İlkin məlumata görə, 49 ölkənin iştirak edəcəyi bu tədbirdə rəsmi heyətlərin ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı dəmir yolu vağzalı, avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur. Çalışacağıq ki, üzərimizə düşən vəzifələri vaxtında və yüksək səviyyədə icra edək.

Beynəlxalq sərnişin qatarlarında çalışan heyətlər, təlimatçılar və digər əlaqədar işçilər sərhəd-keçid məntəqələrində prosedur qaydaları ilə bağlı mütəmadi olaraq təlimatlandırılırlar. Birinci Avropa Oyunlarının keçiriləcəyi dövrdə onlar gücləndirilmiş iş rejimində çalışacaq və bu işlərə ingilis dilini bilən əməkdaşlar da cəlb olunacaqlar. Bununla əlaqədar Bakı vaqon deposunda briqada heyəti və bilet kassirlərinin ingilis dilini öyrənmələri üçün təlim kursları açılıb və hazırda həmin kurslarda təlim keçirlər. Yarışların keçiriləcəyi müddətdə əcnəbi turistlərin qarşılanması, onların yönləndirilməsi məqsədi ilə Bakı sərnişin stansiyasında Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qurumları ilə birlikdə informasiya mərkəziləri yaradılıb və lazımi avadanlıqlarla təchiz olunub. Eyni zamanda, Bakı sərnişin stansiyasında rəsmi nümayəndələr zalına ingilis və rus dillərində tərcüməçi işə götürülüb. Vaqon bələdçiləri və bilet kassirləri yeni xüsusi geyim formaları ilə təmin olunacaqlar.

Onu da qeyd edim ki, təkcə son illər ərzində Dövlət Proqramının icrası çərçivəsində Rusiya Federasiyasının və Ukraynanın vaqon təmiri zavodlarında 80 ədəd sərnişin vaqonu əsaslı təmir edilərək ölkəmizə gətirilib. Həmin vaqonlardan tərtib olunan sərnişin qatarları Bakı-Tbilisi, Bakı-Moskva, Bakı-Xarkov, Bakı-Ağstafa-Qazax və Bakı-Balakən istiqamətlərində xəttə buraxılıb. Köhnə vaqonların istismardan çıxarılaraq yeniləri ilə əvəz edilməsi işi davam etdirilir. Bu yaxınlarda 20 ədəd vaqon da təmir edilməsi üçün Ukraynaya göndəriləcək.

- Gəncədə tikilən vaqon istehsalı zavodunun inşası necə gedir?

- Qeyd edim ki, İsveçrənin “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən Gəncə şəhərində ilkin olaraq ildə 60 vaqon istehsal gücünə malik zavod inşa ediləcək. Bu zavod İsveçrə istehsalı olan ən son texnoloji avadanlıqla təchiz olunacaq. Bilirsiniz ki, ötən il oktyabrın 18-də “Stadler” Gəncə vaqon istehsalı zavodunun təməli qoyuldu və Prezident İlham Əliyev mərasimdə iştirak etdi.

İyirmi hektar ərazisi olan zavodun tikintisində və fəaliyyətində ekoloji standartlara cavab verən ən müasir texnologiya tətbiq ediləcək. Zavodun 2016-cı ildə fəaliyyətə başlaması nəzərdə tutulur. Bu zavodun işə düşməsi ilə Azərbaycan Dəmir Yolunun sərnişin vaqonu parkında yeni bir mərhələ başlayacaq. Gəncədə vaqon istehsalı zavodunun fəaliyyətə başlaması sərnişin vaqon parkını tam yeniləməyə imkan yaradacaq. İstehsal olunacaq vaqonların Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və İrana satılması da nəzərdə tutulub.

Ceyhun Rüstəmov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır