Qurban Qurbanov: Evdəki mübarizəni də qələbə ilə sonlandırmalıyıq
Bakı, 30 avqust, AZƏRTAC
Sabah cavab oyununa çıxacağıq. İlk matçda qalib gəlsək də, çox ciddi olmalı və bu mübarizəni də qələbə ilə sonlandırmalıyıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində Bakıda Sloveniya “Olimpiya”sına qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis futbolçuların hər birinin qarşıdakı görüşə kökləndiklərini vurğulayıb: “Olimpiya” qol vurmaq potensialına malikdir. Biz matçdan sonra da oyunu analiz etdik. Təbii ki, qələbəni asanlıqla əldə etmədik. Sabah meydana çıxacaq start heyəti bəlli deyil”.
O, yeni transferlərin ola biləcəyini istisna etməyib: “Komandanı daha da gücləndirməyə çalışırıq. Bunun üçün danışıqlar gedir”.
Qeyd edək ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Lyublyanadakı ilk matçda Azərbaycan çempionu qələbə qazanıb - 2:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]