Qurban Qurbanov: Güclü və dinamik komandaya qarşı oynayacağıq
Bakı, 14 fevral, AZƏRTAC
“Çox güclü və dinamik komandaya qarşı oynayacağıq. Rəqibə hörmətlə yanaşırıq. İnanırıq ki, sabahkı matçda keyfiyyətli oyun sərgiləyəcəyik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk görüşündə səfərdə Portuqaliya "Braqa"sına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Əlli bir yaşlı mütəxəssis sabahkı görüşə ciddi hazırlaşdıqlarını bildirib: "İstəkli rəqibə qarşı oynayacağıq. Arxayınlaşmaq olmaz. Onlar da turnirdə daha irəli getmək istəyirlər. Hazırda statistikalara deyil, sabahkı matça fikrimizi yönəltməliyik".
O, üstünlüyün "Braqa"nın tərəfində olduğunu söyləyib: "Biz də əlimizdən gələni edəcəyik. Təslim olmaq istəmirik. Səfərdən sərfəli nəticə ilə qayıtmaq istəyirik".
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]