Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi bu dəfə uşaqlar üçün səhnəyə çıxıb
Qusar, 12 mart, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrı Novruz bayramı ərəfəsində uşaqlar üçün hazırlanan yeni tamaşanı təqdim edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 12-də balaca teatrsevərlər Qusar Mədəniyyət sarayında Vüqar Haqverdiyevin “Saçları səməni oğlan” əsəri əsasında hazırlanan tamaşanı izləyiblər.
Teatrın direktoru Faiq Qardaşov bildirib ki, tamaşa üçün Novruz atributları ilə zəngin səhnə dekorasiyası qurulub. Tamaşa bu gün və sabah uşaqlara təqdim olunacaq.
Tamaşanın quruluşçu rejissoru Bağır Əhmədov, rəssamı Bədəl Bədəlov, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.