CƏMİYYƏT
Qusarda “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi icra edilib
Bakı, 4 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsini Qusar rayonunda davam etdirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində rayonda bu ilin iyul ayında doğulmuş qız uşaqları olan 30 ailəyə içərisində körpə uşaqlar üçün ləvazimatlar, geyim dəsti və uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimatlar olan qutu təqdim olunub.
Məqsəd uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması, qız uşaqlarının doğulduğu ailələrə dəstək göstərilməsidir.
Layihə daha əvvəl Şamaxı, Tovuz, Masallı, Tərtər rayonlarında uğurla həyata keçirilib. Layihənin mərhələli olaraq digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.