QUYU İLK ÜÇ İLDƏ 3 MİLYARD KUBMETR QAZ VERƏCƏKDİR
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, “Şahdəniz” yatağında dördüncü öncəqazma quyusu qazılır. Qazmaçılar hazırda 6189 metr dərinliyə çatmışlar. İndi karotaj prosesi gedir və o, tezliklə başa çatdırılacaqdır. Quyu 2006-cı ilin sentyabrında ilk qaz əldə olunduqdan sonra tamamlanacaqdır. Bu, ümumilikdə dörd hasilat quyusundan ibarət olan 1-ci mərhələ öncəqazma proqramının da tamamlanması deməkdir.
2006-cı ildə “Şahdəniz”dən ilk qaz əldə olunduqdan sonrakı üç il ərzində bu quyudan təxminən 3 milyard kubmetr təbii qaz hasil ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:12]
® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]