RADİO-TELEVİZİYA VERİLİŞLƏRİNİN YAYIM KEYFİYYƏTİNƏ DİQQƏT ARTIRILIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Quba, Qusar, Xaçmaz və Dəvəçi rayonları ərazisində AzTV-1 proqramının desimetrlik diapazonda daha keyfiyyətli yayımını təmin etmək üçün Xaçmazın Yergüc Radio-Televiziya Stansiyasinda 500 Vt-lıq verici qurğu quraşdırılmış, eyni zamanda, Bakı-London istiqamətində beynəlxalq kanal təşkil edilərək, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin müvafiq avadanlığına birləşdirilmişdir.
“1-ci Respublika” və “Araz” radio proqramlarının stereo yayımını təmin etmək məqsədi ilə Poylu və Daşkəsən radio-televiziya stansiyalarında da yeni avadanlıq quraşdırılmışdır.