Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rafiq Rəhimov: Azərbaycan dövləti veteran idmançılara yüksək diqqət və qayğı ilə yanaşır

Bakı, 5 aprel, AZƏRTAC

Bu gün dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda bu sahəyə, o cümlədən idmançılara, eləcə də veteran idmançılara yüksək diqqət və qayğı göstərilir. Bu yaxınlarda 85 illik yubileyini qeyd edəcək veteran idmançı, güləş ustası, çoxsaylı turnirlərin qalibi olmuş Rafiq Rəhimov ölkəmizdə idmanın inkişafı, bu sahəyə, o cümlədən idman veteranlarına göstərilən yüksək diqqət və qayğı ilə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Rafiq müəllim, ilk növbədə, 85 illik yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı arzu edirik.

- Təbriklərinizə görə dərin minnətdarlığımı bildirməkdən şərəf duyuram. Əminəm ki, veteran idmançılarla hazırlanan müsahibələr gənc nəslin formalaşmasında, onların idmana marağının artmasında mühüm amil olaraq sağlam həyat tərzi sürmələri, gələcəkdə idman sahəsində nailiyyətlər əldə etmələri üçün gözəl zəmin yaradır.

- İstərdik idmana gəlişiniz barədə məlumat verəsiniz. İdmana gəlişiniz necə baş verdi və peşəkar səviyyədə güləşlə məşğul olmağı nə zaman qərara aldınız?

- Mən 1934-cü ildə Bakıda anadan olmuşam. Orta məktəbdə oxuduğum müddətdə Azərbaycanda yeniyetmələr arasında məşhur idman növü olan güləşə maraq göstərməyə başladım. On dörd yaşımdan “Dinamo” Könüllü İdman Cəmiyyətində güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Maxaradzenin rəhbərliyi ilə fəaliyyət göstərən klassik (yunan-Roma) güləş üzrə idman bölməsinə yazıldım. Güləş ilə məşğul olduğum yeniyetməlik dövründə Bakı və “Dinamo” Könüllü İdman Cəmiyyəti üzrə 18 yaşlılar arasında çempion adına layiq görüldüm, respublika səviyyəsində keçirilən müxtəlif yarışlarda mükafatçılar sırasında yer aldım.

- Bilirik ki, orduda xidmət etdiyiniz illərdə də idmanla məşğul olmusunuz. Bu da bizim üçün maraqlı olardı.

- Bakı şəhəri diviziyasına hərbi xidmətə çağırıldıqdan sonra Ordu İdman Klubu (OİK) sıralarında idmançı kimi fəaliyyətimi davam etdirdim. Bu klubun heyətində respublika birinciliyində ikinci və üçüncü yerləri tutdum, Azərbaycan çempionu adını qazandım. Çempion titulunu qazandıqdan sonra Azərbaycan yığma komandasına dəvət edildim və həmin vaxtdan komandanın üzvü kimi yarışlarda iştirak etdim. Bununla yanaşı, Zaqafqaziya Hərbi Dairəsi üzrə Tbilisidə keçirilən və Azərbaycanın OİK yığmasının iştirak etdiyi yarışda ən yüngül çəki dərəcəsində üçüncü yer tutaraq İdman ustası normativini yerinə yetirdim.

- Bəzən idmançılar müəyyən uğur qazanandan sonra əvvəlki kimi həvəsli olmurlar. Bəs, sizdə necə oldu, hərbi xidmətdən qayıtdıqdan sonra güləşə marağınız azalmadımı?

- Xeyr, əksinə daha da artdı. 1957-ci ildə həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra doğma “Dinamo” klubunda fəaliyyətimi davam etdirdim. İdman ustalığıma qiymət verən klub rəhbərliyi məni Kazanda SSRİ Ordu İdman klubları arasında keçirilən yarışlarda iştirak üçün yığma komandaya dəvət etdi. Qeyd etmək lazımdır ki, bu yarış əhəmiyyətinə görə SSRİ birinciliyi ilə eyni səviyyədə hesab olunurdu. Yarış zamanı altı güləşçini təmiz qələbə (tuşe) ilə məğlub etdiyimə görə üçüncü yeri tutaraq Sovet İttifaqının yığma komandasına dəvət aldım. Həmin vaxtdan müxtəlif səviyyələrdə keçirilən yarışlarda SSRİ yığmasının üzvü kimi iştirak edirdim.

Sevinc və fəxr hissi ilə deyə bilərəm ki, güləşçi olduğum müddətdə Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyov, dünya və Avropa çempionu Aydın İbrahimov, SSRİ çempionları Musa Babayev, Muxtar Dadaşov, İmrahimpaşa Dadaşov, Rəhim İsmayılov kimi adlı-sanlı idmançılarla birlikdə güləş ilə məşğul olmuşam.

- Rafiq müəllim, necə fikirləşirsiniz, məğlubiyyətə uğramaq mümkünsüz olduğu təqdirdə xalça üzərinə çıxmaq çətindirmi?

- Sovetlər İttifaqı dövründə dünya, Avropa və ya Olimpiya Oyunlarına vəsiqə qazanmaq olduqca çətin idi. O zaman Azərbaycan çempionu, ümumittifaq turnirlərinin və dəfələrlə SSRİ birinciliyinin mükafatçısı olmaq olduqca şərəfli və hörmətli sayılırdı. Lovğalıq etmədən deyə bilərəm ki, əldə etdiyim nailiyyətlər və cavan yaşında İdman ustası olmağım valideynlərim, məhəllə uşaqları və azarkeşlər arasında məsuliyyətimi daha da artırır, hər zaman qələbə qazanmağa vadar edirdi. Yalnız xəstələnməyim və ya ciddi zədə nəticəsində baş verən ağrılar xalça üzərində məğlubiyyətə səbəb ola bilərdi. Lakin bütün idmançılar bilirlər ki, hər bir çətinlik olduğu təqdirdə də görüş layiqincə və ləyaqətlə sona çatdırılmalıdır.

- İdmanın xalçadan kənar da sizə köməyi olubmu?

- Bəli, çox köməyi olub. Məsələn, orta və ali təhsil aldığım müddətdə güləşlə məşğul olmağım mənə üstünlük verirdi. Məktəbin müdiriyyəti və institut rəhbərliyi keçirilən bütün kütləvi-istirahət tədbirləri zamanı nizam-intizamın təmin edilməsi, gecənin müsbət ovqata köklənməsi, eləcə də “çətin” tələbələrin fəallaşmasına yol verilməməsi üçün mənim imkanlarımdan istifadə edirdi. Kədərləndirici hal o idi ki, tədbirlərin çoxu mənim üçün giriş qapısı önündə və ya dəhlizdə keçirdi. Müsbət tərəfi də ondan ibarət idi ki, rəhbərliklə yaranan xoş ünsiyyət və işgüzar münasibətlər tələbə yoldaşlarımın bəzi problemlərinin aradan qaldırılmasına yardım edirdi.

Gücün tətbiqinə gəldikdə isə deyə bilərəm ki, uşaqlıqda davakar olduğuma baxmayaraq, idman məndə qarşı tərəfə hörmətlə yanaşmaq hissləri formalaşdırdığı üçün əsassız və səbəbsiz toqquşmalardan çəkindirirdi. Yalnız haqsızlığı görüb müdaxilə etmişəm, özümün və dost-tanışların müdafiəsi məqsədilə bəzi hallarda gərginliyi zəiflətmək üçün güləşin müxtəlif mübarizə üsullarından məcburi istıfadəyə yol vermişəm.

- Bəs məşqçi kimi fəaliyyət göstərmək arzunuz olubmu?

- Xalq Təsərrüfatı İnstitutunun bədən tərbiyəsi kafedrasında klassik güləş üzrə məşqçi kimi fəaliyyət göstərərək güləşə marağı olan tələbələri respublika miqyaslı yarışlara hazırlayırdım. Tələbələrim arasında bədən tərbiyəsindən əla qiymət alan və 79 kiloqram çəki dərəcəsində böyük nailiyyətlər qazanan, sonradan isə institutun rektoru vəzifəsində çalışmış Ə.Həsənov da olub. Daha sonra “Ehtiyat Əmək Qüvvələri” Könüllü İdman Cəmiyyətinə məşqçi kimi dəvət edildim. Cəmiyyətdə çalışdığım dövrdə bir çox güləşçini, o cümlədən ən yüngül çəki dərəcəsində SSRİ çempionu olan K.Ağayevin yarışlara hazırlıq mərhələsində yaxından iştirak etmişdim.

Bundan əlavə, 1960-cı ildən sonra Respublika dərəcəli hakim adını aldıqdan sonra idman hakimi kimi də fəaliyyət göstərmişəm. Azərbaycan birinciliyi uğrunda respublikamızın müxtəlif şəhərlərində yunan-Roma və sərbəst güləş üzrə yarışlarda iştirak etdikdə hər zaman baş hakim və ya baş katib təyin olunmuşam. Yarışlarda hakimliyi yüksək səviyyədə yerinə yetirdiyimə görə müxtəlif mükafatlarla təltif edilmişəm.

- Bildiyimə görə, müəyyən dərəcədə sizi həmkar da saymaq olar?

- Bəli, ötən əsrin 60-cı illərinin ortalarında idman jurnalistikası ilə də məşğul olmuşam. Mənim güləş və bu idman növü üzrə keçirilən yarışlar haqqında məqalələrim respublikanın mərkəzi mətbu orqanlarının səhifələrində dərc edilib. Bir sıra qəzetlərdə idmana həsr olunan xüsusi guşələrdə güləşlə bağlı şərhlərim də yer alırdı.

- Hazırda idman, xüsusən də güləşin inkişafı ilə bağlı görülən işlər barədə nə deyə bilərsiniz?

- Hazırda idman hərəkatının genişləndirilməsi sahəsində əldə edilən nailiyyətlər və həyata keçirilən mühüm tədbirlər, habelə bu sahənin inkişafı üçün yaradılmış imkanlar bədən tərbiyəsi və idmanı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən mühüm islahatların müsbət nəticəsi olaraq respublika ərazisində nəhəng infrastruktur yaradılıb, beynəlxalq standartlara cavab verən idman kompleksləri, stadionlar və arenalar inşa edilib. Ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərin sürətlə artması dövlətimizin idmana diqqət və qayğısının təzahürüdür. Baxın, birinci Avropa və IV İslam Həmrəyliyi oyunları, eləcə də müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatları kimi irimiqyaslı və mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini göstərir.

Xüsusi qeyd etmək istəyirəm ki, bu gün ölkə rəhbərliyinin idmanın inkişafına dair uğurlu siyasətinin yüksək səviyyədə həyata keçirilməsində, bu sahədə qarşıda qoyulan vəzifələrin icrasında, o cümlədən güləş üzrə nailiyyətlərin əldə edilməsində Gənclər və İdman Nazirliyinin, şəxsən nazir Azad Rəhimovun əməyi böyükdür.

Dövlətin veteran idmançılara göstərdiyi diqqət də ictimaiyyət, o cümlədən mənimlə ünsiyyətdə olan idmançı dostlar və sadə azərbaycanlılar tərəfindən müsbət qarşılanır. İdman sahəsində göstərdiyim xidmətə yüksək qiymət olaraq, 2014-cü ildə mənə “Fəxri idmançı” adı verilib. 2018-ci ildə isə bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyim xidmətlərə görə Gənclər və İdman Nazirliyi tərəfindən Fəxri diplom ilə təltif edilmişəm.

- Övladlarınız və nəvələriniz arasında davamçılarınız, güləşə marağı olan varmı?

- Təəssüf ki, üç oğlumdan heç biri peşəkar səviyyədə idmanla məşğul olmayıb. Böyük oğlum diplomatdır, Xarici İşlər, digəri Ədliyyə, kiçiyi isə Vergilər nazirliklərində fəaliyyət göstərirlər. Müxtəlif dövrlərdə həvəskar olaraq üzgüçülük, boks və tennisə maraqları var idi. İki oğlum hətta vaxtilə basketbol üzrə Bakının yeniyetmələrdən ibarət yığmasının üzvləri olub. Lakin idmançı olmasalar da, zənnimcə, hər biri seçdikləri sahə üzrə yaxşı mütəxəssislərdir. Onlar peşəkar fəaliyyətlərində müəyyən nailiyyətlər əldə edə biliblər. Onu deyə bilərəm ki, hazırda oğlan nəvələrim futbol, basketbol və şahmata böyük maraq göstərirlər.

- Bu gün yeniyetmələrə və gənclərə nə tövsiyə edərdiniz?

- Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmanda da təcrübəli və perspektivli kadrlar var. İdmançılarımızın son nailiyyətləri valehedicidir. Mən onlara yalnız müvəffəqiyyət və yeni qələbələr arzu edə bilərəm. Hər zaman mavi ekran qarşısında idmançılarımızın iştirak etdikləri yarışları izləyərək qələbə anını həyəcanla gözləyirəm. Azərbaycanın dövlət bayrağı yüksəklərə ucaldıqda hər birimiz kimi mən də sonsuz qürur hissi keçirirəm. Həmin anlarda ulu öndər Heydər Əliyevin məşhur “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamını xatırlayıram.

- Rafiq müəllim, maraqlı və səmimi söhbətə görə təşəkkür edirəm.

- Çox sağ olun. Sizə və agentliyinizin bütün əməkdaşlarına uğurlar arzulayıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq

ÇXR Sədrinin xüsusi nümayəndəsi AQEM-in Zirvə toplantısı üçün Azərbaycana səfər edəcək

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək

Alparslan Bayraktar: Enerji təhlükəsizliyi Türkiyənin gündəmində prioritetdir

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir ŞƏRH

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir

Bakı Mühəndislik Universiteti və “Xsolla Baku” IT sahəsində əməkdaşlıq edəcək

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar

Artritin diaqnostikası və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir

Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı üzrə 55 ölkədən 100 nəfər seçilib

Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir

Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinə həsr olunan yeni tədqiqat kitabı işıq üzü görüb

2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl inteqrasiyası Avropanın enerji xəritəsini dəyişir - ŞƏRH

Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şərqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur? VİDEO

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü keçirilib  YENİLƏNİB 2 VİDEO

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü keçirilib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb VİDEO

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır