RDS ŞİRKƏTİ YENİ TƏLƏBƏ TƏQAÜDÜ TƏSİS ETMİŞDİR
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, RDS iş təcrübəsi 30 ilədək olan 500 nəfərdən artıq mühəndisi birləşdirir. Yeni yataqlar üçün mühəndis xidmətləri Londonda, köhnə yataqlar üçün isə Aberdin, Bakı, Bergen və Stvanger şəhərlərində yerləşəcəkdir.
RDS KCA DEUTAG şirkətinin Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) tələbələrinə verdiyi 6 təqaüdə əlavə olaraq daha bir təqaüd təsis etmişdir. Həmin təqaüdə energetika fakültəsinin tələbəsi Kənan Ələkbərov layiq görülmüşdür. Bu il RDS şirkəti, həmçinin ADNA-nın iki gənc məzununu uzunmüddətli peşə hazırlığı üçün seçib işə qəbul edəcəkdir. Hazırda bu məzunlar üçün uzunmüddətli peşə inkişafı planı hazırlanır. Plana uyğun olaraq, Bakı ofisində işə qəbul ediləcək məzunlar Aberdində, Londonda şirkətin tikinti-quraşdırma sahələrində çalışacaq, bilik və təcrübə əldə edəcəklər.