“Real Madrid” klubu Birləşmiş Ərəb Əmirliklərinə yollanıb
Bakı, 17 dekabr, İlyas Zeynallı, AZƏRTAC
UEFA Çempionlar Liqasının son qalibi “Real Madrid” klubu Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.
AZƏRTAC xəbər verir ki, Madrid təmsilçisi dekabrın 19-da Əbu-Dabidəki “Zayed Sport Siti” stadionunda klublararası dünya çempionatının yarımfinal mərhələsində Yaponiyanın “Kasima Antlers” klubu ilə qarşılaşacaq.
“Real Madrid” çempionatda mübarizəyə yarımfinaldan qoşulacaq. Asiya çempionu isə dörddəbir finalda Meksikanın “Qvadalaxara” klubunu məğlub edib - 3:2.
Digər yarımfinal oyunu dekabrın 18-də Argentinanın “River Pleyt” və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əin” klubları arasında keçiriləcək.
Qeyd edək ki, turnirin final və üçüncü yeri uğrunda oyunları dekabrın 22-də təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]