Referendumla əlaqədar Azərbaycanın İstanbuldakı baş konsulluğunda hazırlıq işləri başa çatıb
İstanbul, 9 sentyabr, AZƏRTAC
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da Azərbaycanda keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin İstanbuldakı baş konsulluğunda hazırlıq işləri başa çatıb.
Diplomatik nümayəndəlikdə 6 nəfərdən ibarət məntəqə seçki komissiyası yaradılıb. Burada 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 51 saylı referendum məntəqəsi fəaliyyət göstərir. Bu səsvermə məntəqəsində konsulluq qeydiyyatında olan 956 seçici səsvermə hüququna malikdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]