Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Reflüks xəstəliyinin tək müalicə üsulu cərrahi müdaxilə deyil

Bakı, 14 avqust, AZƏRTAC 

Qastroezofageal reflüks əhali arasında çox sıx rast gəlinən xəstəliklər sırasındadır. Normalda udulan yemək qida borusundan keçərək mədəyə daxil olur. Qida borusu ilə mədə arasında xüsusi bir qapaq mexanizmi mövcuddur. Bu mexanizmin əsas funksiyası qəbul edilən qidanın qida borusundan mədəyə keçidinə imkan verərək mədənin turş möhtəviyyatının davamlı olaraq buraya geri qayıdıb qida borusunun zədələməsinin qarşısı almaqdır. Bəzi hallarda, o cümlədən diafraqmanın qida borusu dəliyinin genişlənmələri zamanı bu qapaq mexanizminin funksiyası pozulur və turş mədə möhtəviyyatı davamlı olaraq qida borusuna qayıdaraq burada selikli qişanın zədələnməsinə səbəb olur. Adətən belə problemlə müraciət edən xəstələr döş sümüyü arxasında yanğı, gəyirmə, qıcqırma, qida qəbulundan sonra uzanarkən qidanın təkrar ağıza geri qayıtması kimi şikayətləri olur. Bu şikayətlərlə müraciət edən xəstələrin əksəriyyətinin üzərində aparılan müayinələr zamanı qida borusunun selikli qişasının zədələnməsi müşahidə olunur. Gələcəkdə bu xəstəlik müxtəlif daha böyük problemlərə də səbəb ola bilər. Bu halların baş verməməsi üçün mövcud şikayətlər düzgün dəyərləndirilməli, ehtiyac olunan müayinələr aparılmalı və düzgün müalicə üsulu seçilməlidir.

Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində Mərkəzi Klinikanın baş həkiminin müavini, cərrahiyyə şöbəsinin müdiri, ümumi cərrah, tibb üzrə fəlsəfə doktoru Zaur Xəlilov bildirib.

-Xəstəliyin əsas əlamətləri hansılardır?

-Bir çox hallarda xəstələr kardioloji şikayətlərlə xəstəxanaya müraciət edirlər. Xəstəliyə xas olan əlamətlər döş sümüyünün arxasında yanğı hissi, mütəmadi olaraq gəyirmələrin, xüsusilə qida qəbulundan sonra uzandıqda və ya əyilərkən qidanın ağıza qayıtması, boğazda qıcıqlanma, uzunmüddətli öskürəkdir. Xəstəliyin dəqiqləşdirilməsi üçün endoskopik və rentgen kontrast müayinələrinin aparılması məsləhət görülür. Lakin bəzi hallarda əlavə spesifik müayinələrə də ehtiyac olur. Mütəxəssisə müraciət edib, müəyyən müayinələrdən keçməklə xəstəliyə uyğun müalicə üsulu seçilməlidir. Onu da qeyd etmək istərdim ki, reflüks xəstəliyinin tək müalicə üsulu cərrahi müdaxilə deyil. Müayinə zamanı qida borusunda ciddi zədələnmələr müşahidə edilmir və çox irəliləmiş diafraqmal yırtıq görülmürsə xəstəlik ilkin olaraq konservativ yolla da müalicə oluna bilər. Lakin dərman müalicəsinin aparılmasına baxmayaraq xəstəliyin davam etməsi və ya dərmanlar kəsildikdən sonra xəstəliyin təkrar aktivləşməsi müşahidə edildikdə artıq cərrahi üsul məsləhət görülür.

-Əməliyyat və xəstənin əməliyyatdan sonrakı reabilitasiyası barədə nə deyə bilərsiniz?

-Belə əməliyyatlar təxminən bir saat ərzində laparoskopik üsulla, yəni qarında kəsik olmadan, qapalı şəkildə aparılır. Doğru seçilmiş xəstələrdə texniki olaraq düzgün icra olunduqda cərrahi müdaxilə müsbət nəticələr verir. Normalda əməliyyatın növbəti günü xəstələr artıq ağızdan qida qəbul etməyə başlayır, iki gün sonra isə artıq müalicələrini ev şəraitində davam etdirə bilirlər. Əməliyyat kifayət qədər effektiv olduğu kimi nəticələri də qənaətbəxş olur.

-Xəstəliyin yaranma səbəbləri nələrdir?

-Bu səbəblər müxtəlifdir. Yaranma səbəblərinin tam müəyyən edilməsi mümkün olmasa da, əsasən birləşdirici toxuma zəifliyinə bağlı bir problem ola bilər. Lakin sonradan qazanılmış faktorlar, yəni uzun müddət qədərindən artıq qida qəbuluna alışqanlıq, qazlı içkilərin sıx və mütəmadi olaraq qəbulu xəstəliyin yaranmasına, eləcə də inkişafına səbəb ola bilər. Onu da qeyd edim ki, xəstəliyin yaranmasında genetik faktorların da rolu var. Bu xəstəliyə əsasən orta yaş qrupu, təxminən 30-50 yaş arası insanlarda daha sıx rast gəlinir. Lakin digər yaş qruplarında da görülməsi istisna deyil. Anadangəlmə problemlərin bir çoxu özünü uşaq yaşlarda büruzə verir. Bəzən artıq kiçik yaşlarda da bu problemlə əlaqəli əməliyyat olunmuş insanlara da rast gəlmək olar. Lakin əksər hallarda xəstəlik qazanılmış olur.

-Əməliyyatın nəticələri və uzaq nəticələri hansılardır?

-Mərkəzi Klinikada etdiyimiz əməliyyatlarla yanaşı dünya praktikasında aparılan cərrahi müdaxilələrin də nəticələrinə nəzər salsaq, bu əməliyyatların kifayət qədər effektiv müalicə üsulu olmasını görərik. Təbii ki, hər bir əməliyyatda olduğu kimi, burada da fəsadların yaranma riski var. Bəzən əməliyyata xas udma çətinliyi kimi şikayətlər meydana çıxa və ya təkrar əməliyyata ehtiyac duyula bilər. Lakin ümumilikdə, əməliyyat yetərincə effektivdir və texniki cəhətdən düzgün icra olunduqda problemin yaranma ehtimalı olduqca azdır.

- Qastroezofageal reflüks xəstəliyin xərçəngə çevrilmə ehtimalı varmı?

-Bu ehtimal öncə qida borusunun selikli qişasında gedən dəyişikliklərə bağlıdır. Mədənin turş möhtəviyyatının davamlı olaraq qida borusunun selikli qişasını zədələməsi uzun müddət davam etdikdə qida borusunda bəzi dəyişikliklər müşahidə olunur. Bu da gələcəkdə xərçəngə səbəb ola biləcək bir haldır. Hər bir xəstəlikdə olduğu kimi, reflüksda da erkən aşkarlanma və müvafiq üsulla dəyişikliyin daha çox artmadan qarşısının alınması xəstəliyin aradan qaldırılmasında əsas rol oynayır. Bu cür xəstələr müşahidə altında saxlanılmalıdırlar. Dəyişikliyin artdığı təqdirdə artıq xəstəliyin dərəcəsinə uyğun müalicə üsulu seçilməlidir.

Onu da qeyd edim ki, Mərkəzi Klinikada bu cür xəstəliklərin müəyyən edilməsi və müalicə üsullarının dəyərləndirilməsi üçün hər bir şərait var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib

"Şamaxı" klubu ukraynalı futbolçunu transfer edib

Gia Volski: Müxalifət Avropaya inteqrasiya yolunda Gürcüstana maneələr yaratmağa çalışır

Gürcüstan Davos İqtisadi Forumunda və Münxen Təhlükəsizlik Konfransında iştirak etməyəcək

Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş olacaq

Kənd Təsərrüfatı Nazirliyi Vəkillər Kollegiyası ilə əməkdaşlıq edəcək

Azərbaycan və ABŞ arasında tibb sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Nazir: USAID Azərbaycana qarşı qərəzli və zərərli siyasi xətt tutmuşdu

Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində nəqliyyat və İKT sahəsində görüləcək işlər müzakirə edilib

Azərbaycan və Maldiv arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar müzakirə olunub

Nazirlik: 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək

Fransada yeni siyahıyaalmada vətəndaşlardan valideynlərinin doğum yeri haqqında soruşulacaq

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 11-ci görüşünün nəticələrinə dair mətbuat açıqlaması

Faktiki hava: Bəzi rayonlara qar yağır

Gürcüstanın XİN başçısı: Güclü dövlət institutlarımızın sayəsində təhdidlər aradan qaldırılıb

“Qurani-Kərim” dərsliyi nəşr olunub

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə müsabiqənin nəticəsi açıqlanıb

Parlamentin Mədəniyyət komitəsinin iclasında üç məsələ müzakirə edilib

Çinin “Dongfang Electronics Corporation” şirkətinin nümayəndələri Füzuli və Hadruta səfər edib VİDEO

Rusiya XİN: AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Moskva və Bakı arasında bütün səviyyələrdə təmas qurulub

Ötən il 232 yeni dövlət standartı qəbul edilib

Teatr Muzeyində “Şəhid adı hər bir addan ucadır!” adlı tədbir keçirilib

Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan maraqlarına uyğun şəkildə siyasət həyata keçirir

Gürcüstanın XİN rəhbəri: Azərbaycan bizim ən böyük beş iqtisadi tərəfdaşımız sırasındadır

Maka Boçorişvili: Xarici işlər naziri kimi ilk səfərimi Azərbaycana etməyim mənim üçün şərəfdir

Kəngərli rayonu ərazisində hərbi sursatlar aşkar olunub

Azərbaycan XİN başçısı: Ermənistanın genişmiqyaslı silahlanması bizdə ciddi narahatlıq doğurur VİDEO

Aktau limanından keçən yük axını rekord səviyyədə artıb

Azərbaycanın və Gürcüstanın XİN başçıları qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər VİDEO

Nazir: Azərbaycan şirkətləri Gürcüstana 3,6 milyard dollar dəyərində sərmayə yatırıb VİDEO

M.Zaxarova Aİ-nin Ermənistandakı müşahidə missiyasının qarşıdurma yaradan mahiyyətini qeyd edib

Nazir: Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcmində ciddi artım var

Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan münasibətləri beynəlxalq hüquqa əsaslanır

Son bir ildə BDU-nun Hirş indeksi 11 bal artaraq 70 olub

Naxçıvan Dövlət Universitetində 2025-ci ilin ilk IELTS imtahanı keçirilib

BP şirkəti xərcləri azaltmaq üçün əməkdaşlarının 5 faizini ixtisar edir

Bolqarıstan parlamenti aylarla davam edən koalisiya danışıqlarına son qoyaraq yeni hökumətin tərkibini təsdiqləyib

Akademik Musiqili Teatrın fevral repertuarı açıqlanıb

Tramp ABŞ-da “TikTok” sosial şəbəkəsini saxlamağa çalışır

Şərurlu xalq pəhləvanının adı 3 rekordlar kitabına düşüb

Tovuzda ötən il ərzində 11 mindən çox ağac əkilib

İtaliyanın müdafiə naziri Kiyevə gedib

Sabunçu rayonunda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

“Qalatasaray” aparıcı futbolçusunu 30 milyon avrodan aşağı qiymətə satmayacaq

Gürcüstanın xarici işlər naziri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda ötən ay sabit genişzolaqlı internetin sürəti üzrə beynəlxalq reytinqdə irəliləyib

Vətənimizin azadlıq mübarizəsində şəhid olanların hər biri yaddaşımızda əbədi qalacaq

Nazirliyin dövlət təltiflərinə layiq görülmüş əməkdaşlarına vəsiqə və medallar təqdim olunub

Rusiya XİN: Ermənistanın rusiyalı jurnalistin Zəngəzur dəhlizi barədə sözlərinə mənfi reaksiyası təəccüb doğurur

Bu il Şəkidə 1620 hektar sahədə tütün əkini proqnozlaşdırılır

Vəkillər Kollegiyası ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Yeni Azərbaycan Partiyası müşavirə keçirib

ADPU Müasir Təhsil Kompleksi ilə əməkdaşlığa başlayır

Romina Xurşid Alam: İqlim dəyişikliyi ilə mübarizədə COP29-da atılmış addımlar olduqca əhəmiyyətlidir

AMADA və Milli Paralimpiya Komitəsi birgə seminar təşkil edib

Şimal bölgəsi üzrə 741 şagird fənn olimpiadalarının yarımfinalına vəsiqə qazanıb

Britaniya və Ukrayna 100 illik tərəfdaşlıqla bağlı razılaşma imzalayacaq

“Qarabağ”ın sabiq kapitanı: Avropa Liqasının yeni formatı Ağdam klubu üçün təcrübə oldu

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edir

Zelenski: Rusiya ilə danışıqlar masasına qayıtmaq üçün Ukraynaya təhlükəsizlik zəmanəti lazımdır

“TEKNOFEST”in rəsmi nümayəndəsi BMU tələbələri ilə görüşüb

Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində əməkdaşlıq prioritetləri müzakirə edilib

Xəzərdə suyun səviyyəsi 2 metrədək aşağı düşüb: ekspertlər həyəcan təbili çalır

Deputat: Qanlı Yanvar hadisələrinin ildönümündə tarixi unutmadan bugünkü Zəfərimizlə qürur duyuruq

Yaponiya NATO-da daimi nümayəndəlik açıb

Fənn olimpiadalarının yarımfinalına Şirvan-Salyan bölgəsi üzrə 977 şagird vəsiqə qazanıb

Məhəmməd Füzulinin biblioqrafiyasının I cildi işıq üzü görüb

BMT-nin yeni hesabatı: Silahlı münaqişələr və iqlim böhranının əmək bazarına mənfi təsiri artır

Bakıda Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin 10-cu iclası keçirilib YENİLƏNİB VİDEO

Birinci yarımil üzrə böyük summativ qiymətləndirmə keçirilir

Nazir Fərid Qayıbov Şamaxı və Qobustan sakinləri ilə görüşüb

Xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu müddəti uzadılıb

İqtisadiyyat Nazirliyi ilə Latviyanın Dövlət Gəlirlər Xidməti arasında memorandum imzalanıb

Mentorluq proqramını uğurla başa vuran üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş olub

İstanbulda saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 30-a çatıb

Türkiyədə Azərbaycan ədəbiyyatının tədqiqatçıları ilə görüş təşkil olunub

UNEC Böyük Britaniyanın De Montfort Universiteti ilə əməkdaşlığa başlayır

İqlim dəyişiklikləri səbəbindən iqtisadi artım 20 il ərzində zəifləyə bilər

Azərbaycanın Türkiyə, İtaliya və Macarıstanla hərbi əməkdaşlığının perspektivləri müzakirə olunub

Baş prokuror Bakının Qaradağ rayonunda vətəndaş qəbulu keçirəcək

Ceff Bezosun şirkəti ilk ağır yükdaşıyan raketi kosmosa göndərib

BMT Tramp dönəmində ABŞ-dan maliyyələşmənin azalacağından ehtiyatlanır

Zurab Pataradze: Azərbaycan Gürcüstan üçün strateji dost ölkədir

Fərid Qayıbov: İnanıram ki, ilin sonunda Qəbələdə daha çox insanın idmana cəlb olunmasına şahid olacağıq

Fransa Ukrayna üzrə sülh danışıqlarında iştirak etməkdə israrlıdır

Ərəb mediasında 20 Yanvar faciəsi haqqında məqalə dərc olunub

AzMİU-da yeni laboratoriyalar və tədris mərkəzi istifadəyə verilib

Gəncədə bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirə keçirilib VİDEO

Avropa İttifaqı Rusiyaya qarşı daha sərt sanksiyalara müqavimət göstərir

Üzümçülük və Şərabçılıq, Baytarlıq elmi-tədqiqat institutlarının fəaliyyəti ilə tanışlıq olub

Rusiyalı olimpiya mükafatçısı dünyasını dəyişib

Qərbi azərbaycanlıların mədəni, milli, siyasi hüquqları geri qaytarılmalıdır - RƏY

Ekologiya və təbii sərvətlər naziri Ağstafada vətəndaşların müraciətlərini dinləyib

Türkiyə MMN: Suriyadakı terrorçular türk ordusunun qanuni hədəfidir

Cəbrayılda daha 32 ailəyə evlərin açarları təqdim olunub VİDEO

Rostropoviçlərin Ev-muzeyində 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anılıb

Veteran futbolçu: Azərbaycan klubları istədikləri oyunçuları transfer edə bilməyiblər

Baş katib: Məqsədimiz Türk Dövləti Təşkilatına gömrük sahəsində daha çox çeviklik təmin etməkdir

TDT Gömrük Administrasiyaları Rəhbərlərinin 10-cu iclasında bir sıra sənədlər imzalanıb VİDEO

Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası