REGİONLARDA İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARI MODERNLƏŞDİRİLƏCƏKDİR
Nazir Əli Abbasov AZƏRTAC-ın müxbirinə demişdir ki, BMT-nin İnkişaf Proqramı və bu qurumun digər strukturları, Soros Fondu ilə əməkdaşlıq sayəsində artıq bir neçə layihə, o cümlədən Azərbaycanda sərbəst informasiya ötürmə sisteminin gücləndirilməsi, regionlarda informasiya və kommunikasiya infrastrukturunun sürətli inkişafı kimi layihələr üzərində işləyirlər. Hazırda hətta ölkənin ən ucqar yaşayış məntəqələrində belə sahənin inkişafındakı geriliyi aradan qaldırmağa imkan verəcək layihə hazırlanır. Bu, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndakı infrastrukturla bağlı vəzifələrin yerinə yetirilməsinə rabitə işçilərinin töhfəsi olacaqdır.
Nazirin sözlərinə görə, regionlarda informasiya-kommunikasiya texnologiyalarının modernləşdirilməsi və yenidən qurulması üçün hazırlıq görülür. Dəyəri təxminən 25-30 milyon ABŞ dolları olan layihəyə tanınmış şirkətlər maraq göstərirlər. Həmin məqsədlə yaxın vaxtlarda müsabiqə keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:26]
Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir
- 02.10.2026 [17:14]
Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK
- 02.10.2026 [16:49]