Azərbaycan Dövlət İnformasiya Agentliyi

Regionlarda sosial dəstək mexanizmlərinin əlçatanlığının artırılması üçün mobil psixoloji yardım qruplarının yaradılması vacibdir

Regionlarda sosial dəstək mexanizmlərinin əlçatanlığının artırılması üçün mobil psixoloji yardım qruplarının yaradılması vacibdir

Bakı, 9 dekabr, AZƏRTAC

Regionlarda sosial dəstək mexanizmlərinin əlçatanlığının artırılması üçün sosial xidmət mərkəzlərinin gücləndirilməsi, mobil psixoloji yardım qruplarının yaradılması, valideynlərlə mütəmadi maarifləndirici tədbirlərin keçirilməsi və icma əsaslı dəstək şəbəkələrinin inkişaf etdirilməsi vacibdir. Bu addımlar regionlarda, xüsusilə ölkənin ucqar rayon və kəndlərində yaşayan həssas qruplar üçün real dəyişiklik yaratmaq potensialına malikdir.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin rəhbəri Elnurə Abuşova deyib.

İctimai Birliyin rəhbəri qeyd edib ki, son aylarda sosial şəbəkələrdə uşağa qarşı zorakı tərbiyə üsullarının yayılması ciddi narahatlıq doğurur. Bu hallar cəmiyyətə mənfi təsir göstərməklə yanaşı, zorakılığın normallaşmasına səbəb olur. Bunun qarşısını almaq üçün valideynlər üçün pozitiv tərbiyə metodlarının təbliği, psixoloji savadlılıqla bağlı maarifləndirici kontentlərin hazırlanması, uşaqların təhlükəsizlik bacarıqlarının gücləndirilməsi və sosial mediada zərərli kontentə qarşı məlumatlandırma kampaniyalarının keçirilməsi zəruridir.

Yeniyetmələr arasında psixoloji problemlərin artması məktəblərdə psixoloji xidmətlərin zəifliyi ilə sıx bağlıdır. Psixoloq çatışmazlığı, geniş iş yükü və sistematik profilaktik fəaliyyətlərin aparılmaması gənclərin emosional vəziyyətinə mənfi təsir edir. Bu konteksdə icma əsaslı psixoloji dəstək modeli daha real və effektiv mexanizm kimi çıxış edir.

““Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi 2023-cü ildən etibarən sosial sahədə innovativ təşəbbüslər həyata keçirən, sosial müdafiə və icma inkişafı istiqamətlərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Qısa müddətdə təşkilat ətrafına peşəkar və motivasiyalı gəncləri cəlb edib, bir neçə sosialyönümlü uğurlu layihələr həyata keçirib. Bununla yanaşı, sosial təhlükəli vəziyyətdə yaşayan uşaqlar və onların ailələrinə könüllü sosial, psixoloji və hüquqi dəstək göstərib, xeyriyyə kampaniyaları, birbaşa sosial xidmətlər və yerli dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində icmaların rifahına töhfə vermişik. 2024-cü ildə isə QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “Qızların İşıqlı Gələcəyi naminə Təhsil” layihəsi çərçivəsində qızların təhsil hüququnun qorunması istiqamətində vacib təşəbbüs olub”, - deyə E.Abuşova qeyd edib.

Hazırda aztəminatlı və həssas kateqoriyadan olan uşaqların bir çox sosial problemlərlə üzləşdiklərini deyən İctimai Birlik rəhbəri diqqətə çatdırıb ki, ailədaxili zorakılıq, təhsildən yayınma, valideyn nəzarətinin zəifləməsi, psixoloji gərginlik, erkən nikah riski, sosial xidmətlərə çıxışın məhdudluğu və ailə mühitində emosional dəstəyin çatışmazlığı kimi problemlər onların inkişafına mənfi təsir göstərir. Təşkilat bu problemlərin həlli istiqamətində həm birbaşa sosial dəstək göstərir, həm də icmalarda preventiv maarifləndirmə aparır. Məqsəd risk qrupların vaxtında aşkarlanması və dəstək mexanizmlərinə daha asan çıxışının təmin edilməsidir: “Son bir ildə ailə institutu sahəsində sosial şəbəkələrin təsiri altında tərbiyədə zorakı metodların normallaşdırılması, iqtisadi çətinliklər fonunda ailədaxili stresin artması, valideyn miqrasiyası səbəbindən uşaqların emosional boşluq yaşaması, yeniyetmələrdə aqressiya və depressiv vəziyyətlərin çoxalması, valideynlərlə məktəb arasında etibar münasibətlərinin zəifləməsi kimi yeni çağırışlar meydana çıxıb. Bu fonda təşkilat olaraq valideyn maarifləndirməsini gücləndirmişik, psixoloji dəstək proqramlarını genişləndirmişik və icmalarla daha sıx təmas qurmuşuq. Uşaq zorakılığı və erkən nikahın qarşısının alınması təşkilatımızın ümumi fəaliyyətinin mərkəzindədir. Məktəblərdə uşaqlar üçün təhlükəsizlik bacarıqları təlimləri keçilir, icmalarda erkən nikahın fəsadlarına dair maarifləndirici görüşlər təşkil olunur, riskli ailələr və qız uşaqları üçün fərdi psixoloji və sosial dəstək təmin edilir. Müəllimlərlə iş aparılaraq zorakılığın erkən aşkarlanması mexanizmlərinin tətbiqi gücləndirilir”.

E.Abuşova qeyd edib ki, hazırda İctimai Birliyin əsas layihələri sosial müdafiəyə çıxışın gücləndirilməsi, qızların təhsil hüququnun qorunması və sosial təhlükəli vəziyyətdə yaşayan uşaqlara psixososial dəstəyin göstərilməsi istiqamətlərinə cəmlənib. Son illərdə həyata keçirdiyimiz fəaliyyətlər nəticəsində yüzlərlə uşağa və ailəyə sosial və psixoloji yardım göstərilib, qızların təhsilə çıxış imkanları artırılıb, icmalarda sosial rifahın yüksəldilməsinə xidmət edən maarifləndirici tədbirlər genişləndirilib. Dövlət qurumları və digər QHT-lərlə əməkdaşlıq fəaliyyətimizin ayrılmaz hissəsidir. Yerli icra hakimiyyətləri, sosial xidmət müəssisələri, təhsil strukturları və vətəndaş cəmiyyəti təşkilatları ilə qurduğumuz əməkdaşlıq risk altında olan uşaqların daha tez aşkarlanmasına, onların sosial müdafiə sisteminə yönləndirilməsinə və preventiv fəaliyyətlərin geniş auditoriyaya çatmasına imkan yaradır. Təşkilat sosial sahədə innovativ yanaşmalara xüsusi diqqət ayırır. Uşaqlar və ailələrlə interaktiv maarifləndirmə formatlarının tətbiqi, icma əsaslı erkən müdaxilə mexanizmlərinin qurulması, könüllülər şəbəkəsi vasitəsilə dəstək xidmətlərinin yaradılması və müasir kommunikasiya vasitələrindən istifadə bu innovativ yanaşmaların əsasını təşkil edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub