Rəhman Hacıyev: İanə olunan texnika ərazilərin minalardan təmizlənməsinə töhfə verəcək
Bakı, 4 sentyabr, AZƏRTAC
Qarabağ Dirçəliş Fonduna (QDF) ianə olunan “Revival P” minatəmizləmə texnikası işğaldan azad edilən ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə böyük töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bunu QDF-nin İdarə Heyətinin sədri Rəhman Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O, QDF-nin donor və tərəfdaşları ilə əlaqələrinin gündən-günə inkişaf etdiyini və bu əməkdaşlıq çərçivəsində Fonda pul vəsaiti ilə yanaşı, texniki vasitələrin də ianə edildiyini diqqətə çatdırıb.
Texnikanın Laçın Şəhəri Günündə QDF-yə ianə edilməsini xüsusilə əlamətdar bir hadisə hesab edən Rəhman Hacıyev deyib: “İanə olunan minatəmizləmə texnikası işğaldan azad edilən ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə, nəticə etibarilə, orada məskunlaşacaq soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verəcək".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:43]
Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük
- 11.06.2026 [17:37]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:36]
Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır
- 11.06.2026 [17:24]