Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rektor Aqil Şirinov: İlahiyyat İnstitutunu dünya səviyyəli təhsil müəssisəsinə çevirmək əsas məqsədimizdir

Rektor Aqil Şirinov: İlahiyyat İnstitutunu dünya səviyyəli təhsil müəssisəsinə çevirmək əsas məqsədimizdir

Bakı, 14 aprel, AZƏRTAC

Bir ildən çoxdur ki, qlobal pandemiya dünyanı öz təsiri altında saxlayır, o cümlədən Azərbaycana da virus təsirsiz ötüşməyib. Qeyd edim ki, bu şəraitə əvvəlcə, demək olar, heç bir müəssisə hazır deyildi. Sonradan bu bəla ilə birgə yaşamağa alışdıq. Əyani təhsil də COVID-19 səbəbindən qapanmağa məcbur oldu. Ötən ilin mart ayında bu istiqamətdə ilk tədbirlər görüldüyü vaxtdan bir il ötüb. Bu müddət ərzində tədrisi onlayn formatda davam etdiririk. Pandemiyanın təhsilə təsirinə gəlincə, tələbələrimizin dərsi mükəmməl qavramasını deyə bilərikmi? Məncə, xeyr. Ənənəvi təhsilin verdiyi imkanların hər birini distant təhsil qarşılaya bilmir. Fikrimcə, pedaqoqların çoxu mənimlə razılaşar. Tələbələr də, şagirdlər də parta arxasında daha məsuliyyətli olurlar. Bizim bəzi dərslərimiz var ki, onlayn tədrisdə müəllim də, tələbə də çətinlik çəkir. Bunlar dil fənləri və “Quranı-Kərim”in tədrisidir. Ümumilikdə götürdükdə, hazırdakı tədris qənaətbəxşdir. Tələbələrin çoxu dərsi mənimsəyir, tədrisə məsuliyyətlə yanaşır. İmkanı olmayan tələbələrə xüsusi kömək göstərməyə çalışırıq ki, onların hər biri dərslərdə iştirak etsin.

Bu fikirlər Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun distant təhsil ilə bağlı müsahibəsində yer alıb. AZƏRTAC müsahibəni təqdim edir.

-Təhsilin onlayn formada təşkili müəllim-tələbə münasibətlərinə necə təsir göstərir?

-Müəyyən mənada təsir edir. Onlayn tədris onlar arasında sərhəd yaradır. Ünsiyyət vasitəsi kimi tədrisin məsafədən təşkili bəzən əngəllər yaradır. İnstitutumuz fəaliyyətə başladığı ilk dövrdən müəllimlər tələbələrimizlə təkcə sinif otağında görüşmürlər. Təhsilalanlarımızın problemləri yarandığı zaman qapımızı döyüb bizimlə əlaqə yarada bilirdilər. Onların hər birinin problemləri ilə indi də yaxından maraqlanmağa çalışırıq. Tələbələrimizin hər hansı bir problemi olduğu zaman çəkinmədən bizə zəng vurur, sözlərini deyə bilirlər. Hazırda İlahiyyat fakültəsinin dekanlığı rəhbərlik proqramı çərçivəsində tələbələrimizlə mütəmadi olaraq görüşür, müxtəlif vebinarlar təşkil edirlər.

-Aİİ-də distant təhsilin inkişafı üçün hansı addımlar atılır?

-2020-ci ilin mart ayından qlobal pandemiya səbəbindən əyani tədris distant təhsillə əvəzləndi. İlk olaraq dərsləri videoformatda keçməyə başladıq. Daha sonra Təhsil Nazirliyi “Microsoft Teams” proqramı təqdim etdi ki, dərslər bu platformadan keçirilməyə başlandı. Ali məktəblər sırasında həmin proqramı tez mənimsəyib tətbiq edənlərdən biri məhz İlahiyyat İnstitutu oldu. Dərslər cədvəllərə uyğun olaraq onlayn formatda davam etdirildi. Doğrudur, əyani təhsil daha əlverişlidir, lakin mövcud vəziyyətə uyğunlaşmaq lazımdır. Distant təhsilin inkişafı, problemlərin aradan qaldırılması məqsədilə mütəmadi olaraq iclaslar keçirilir, təklif və iradlar dinlənilir və nəticə çıxarılır.

Qeyd edim ki, institut tərəfindən onlayn dərslərə nəzarət mexanizmi də yaradılıb. Bunun üçün kafedra müdirləri dərslərə qoşulur. Bu semestrin artıq sonuna yaxınlaşırıq. Hazırda yay imtahan sessiyasının onlayn formatda təşkili qaydaları yenidən nəzərdən keçirilir, qarşıya çıxan problemlər aradan qaldırılır. Mən müəssisəmizin bütün fədakar kollektivinə, xüsusən müəllim heyətinə təşəkkürümü bildirirəm. Məhz onların peşəkarlığı və işgüzarlığı sayəsində bu proseslərdən üzüağ çıxırıq.

-Məlumdur ki, din təhsilində əsas amillərdən biri xarici dil bilgilərinin olmasıdır. Mükəmməl dil biliklərinin mənimsənilməsi üçün hansı işlər görülür?

-Azərbaycan İlahiyyat İnstitutunda təkcə İslam dini deyil, həmçinin digər dünya dinləri tədris edilir. Araşdırmalar aparılması üçün xarici dil bilgilərinin olması mütləqdir. Dil biliklərinin mükəmməl mənimsənilməsi üçün təkcə dərslərlə kifayətlənmirik. Ərəb və ingilis dillərindən kurslarımız var ki, onlar da hazırda onlayn formatda davam edir. Ərəb dilində klassik mətnlərin oxunmasını asanlaşdırmaq məqsədilə tələbələrimizə, həmçinin əqaid, fiqh kimi fənlərdən kurslar təşkil edirik. Nəzərinizə çatdırım ki, hazırda xarici ölkə universitetləri ilə əlaqələr yaradaraq, tələbələrimizin dil kurslarında onlayn iştirakını təmin edirik. Bunlardan biri Türkiyədə fəaliyyət göstərən Akdemİstanbul dil kursları ilə olan əməkdaşlığımızdır.

-Xarici ölkə universitetləri ilə əlaqələriniz necə qurulur? İkili diplom, xaricdə təhsil proqramları barədə düşünürsünüzmü?

-Xarici ölkə universitetləri ilə əlaqə qurduğumuz zaman təhsil sahəsində hərtərəfli əməkdaşlıq yaratmağa çalışırıq. İkili diplomla əlaqəli xarici universitetlərlə müzakirələr aparılır. Həmçinin “Erasmus+” və “Mövlana” proqramları üzrə bir çox universitetlərlə əlaqələr yaratmışıq, müqavilələr bağlamışıq. Məqsədimiz budur ki, tələbələrimizin müəyyən semestr ərzində həmin universitetlərdə təcrübə keçməsini təmin edək. Hazırda pandemiya səbəbindən tələbələrimiz bu universitetlərdə təhsillərini davam etdirə bilmirlər. İnanıram ki, əyani formada təhsil tezliklə bütün dünyada bərpa ediləcək və biz də bu imkanlardan faydalanacağıq.

-Bəs əcnəbi tələbələrin qəbulu necə, bu proses davam edirmi?

-İnstitutumuzda 2019-2020-ci tədris ilində xarici ölkələrdə yaşayan beş, 2020-2021-ci tədris ilində isə üç soydaşımız təhsilə başlayıb. Bu il də proses davam etdiriləcək. Qeyd edim ki, xaricdə yaşayan soydaşlarımız üçün dövlətimiz İlahiyyat İnstitutunda çox gözəl şərait yaradıb. Bu baxımdan, xaricdə yaşayan soydaşlarımızın Aİİ-də təhsil almaları üçün bütün imkanların mövcud olduğunu deyə bilərəm. Onların İnstitutda təhsil almaları üçün lazım olan qaydalar isə Aİİ-nin saytında (ait.edu.az) təfərrüatı ilə izah olunub.

-Aİİ-nin fəaliyyətə başlamasından artıq üç il ötür. Bunun bir ili sizin rektorluğunuz dövrünə təsadüf edir. Bu dövr ərzində nələri əldə etmisiniz? Plan və hədəfləriniz hansılardır?

-Din mənəvi dəyərlər sistemidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradılmış Azərbaycan İlahiyyat İnstitutunda tədris ödənişsiz əsaslarla həyata keçirilir. Ümumiyyətlə, dini-mənəvi dəyərlərimizə hörmət və rəğbətin təcəssümü, milli mədəniyyətimizin çoxəsrlik adət-ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından bir sıra uğurlara imza atmışıq. Ölkəmizdə həm dini, həm də dünyəvi elmləri mükəmməl əxz edən ziyalı və milli-mənəvi dəyərlərimizə bağlı ilahiyyatçı kadrların və din xadimlərinin hazırlanmasına yeni töhfə veririk.

Məlumdur ki, dünya universitetlərinin əksəriyyətində ilahiyyatla bağlı fakültələr mövcuddur. Bu, dini müxtəlif yönlərdən öyrənməyə, tədqiq etməyə xidmət göstərir. Din də mövcud olan fenomenlərdən biridir. Dini araşdırmaq, tədqiq etmək üçün ayrıca təhsil müəssisəsinə ehtiyac duyulurdu. Üç il öncə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması təhsilimizdə böyük bir boşluğu doldurdu.

Nəzərinizə çatdırmaq istəyirəm ki, institutumuzda həm savadlı dinşünaslar, həm də islamşünaslar yetişir. Gələcəkdə digər dinlərlə əlaqədar mütəxəssislər hazırlamağı düşünürük. Azərbaycan ilahiyyatçı kadrlarını artıq özü yetişdirə bilir. Müəllimlərimizin əksəriyyəti həm ərəbcə, həm də ingiliscə mühazirələr keçirlər.

İlahiyyat İnstitutunu dünya səviyyəli təhsil müəssisəsinə çevirmək əsas məqsədimizdir və bütün imkanlarımızla bu istiqamətdə çalışırıq. Sözügedən istiqamətdə müəyyən işlər görülüb və proses davam etdirilir. Bir çox xarici universitetlərlə tələbə-müəllim mübadiləsi ilə bağlı müqavilələrimiz mövcuddur. Pandemiya bitdikdən sonra həmin əməkdaşlığı birbaşa həyata keçirməyi düşünürük. Əsas məqsədimiz qabaqcıl universitetlərin təcrübəsini öyrənmək, həmçinin tətbiq etməkdir. Eyni zamanda, Aİİ-yə təşrif buyuracaq xarici mütəxəssislərə yeniliklərimizi, praktiki fəaliyyətimizi nümayiş etdirəcəyik. Müəllimlərimizin bir neçə dildə sərbəst ünsiyyət qura bilmək bacarıqları bu prosesin aparılmasında bizə kömək edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycannın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV

Nazir müavini: Elmi araşdırma və təhlillər düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanı keçirilib VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanı keçirilib VİDEO

ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb

Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub

Finlandiya vətəndaşlıq testi tətbiq edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Bakıda NATO-nun təlim kursu keçirilir

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB

Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH

Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH  

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır

® “Kapital Bank” istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycan Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanın formalaşmasında mühüm rol oynayır - ŞƏRH

Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır

Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB VİDEO

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

Türkiyənin daxili işlər naziri cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb

NTD amerikalı basketbolçunu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laporoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi