Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rəşad Mahmudov: Həkimlərə kömək göstərmək, onların işini asanlaşdırmaq hər bir vətəndaşın borcudur

Rəşad Mahmudov: Həkimlərə kömək göstərmək, onların işini asanlaşdırmaq hər bir vətəndaşın borcudur

Bakı, 1 aprel, Səadət Hakıyeva, AZƏRTAC

Bu gün planetimiz böyük bir fəlakətlə - koronavirusla (COVID-19) ciddi və çətin mübarizə aparır. Bütün dünya ölkələri, beynəlxalq səhiyyə təşkilatları, Birləşmiş Millətlər Təşkilatı (BMT), habelə ayrı-ayrı dinlərin rəhbərləri bəşəriyyəti bu fəlakətdən qurtarmaq üçün eyni hədəfə vurur, hamını bu qorxulu düşmənlə mübarizəyə səsləyirlər. Ölkələrin əksəriyyəti pandemiyanın qarşısını almaq üçün müxtəlif tədbirlər görür, sərt qaydalar tətbiq etməli olur. Biz də bu dünyanın bir hissəsiyik. Bizim də dövlətimiz və onun başçısı xalqımızı bu bəladan az itkilərlə çıxartmaq üçün zəruri olan bütün mühüm tədbirləri görür, xalqın sağlamlığı barədə düşünür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Səhiyyə komitəsi sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.

Tibb elmləri doktoru təəssüflə bildirib ki, Azərbaycanda da virusa yoluxma halları var və xəstələrin sayı getdikcə artır. Deputat diqqətə çatdırıb ki, sağlamlıq insan üçün hər zaman birinci yerdədir və hər kəsin sağlamlığı, ilk növbədə, onun özü, ailəsi və yaxınları üçün lazımdır. Amma ən vacibi odur ki, insanın sağlamlığı cəmiyyətimiz, ölkəmiz və dövlətimiz üçün çox əhəmiyyətlidir. Hər bir Azərbaycan vətəndaşının borcu belə ağır gündə məsuliyyətli olmaq, ehtiyac olmadığı təqdirdə evdən çıxmamaq, bununla da dövlətimizə və həkimlərə dəstək olmaqdır. “Dövlətimizin başçısı vurğulayıb ki, bu gün həkimlərə kömək göstərmək, onların işini asanlaşdırmaq hər bir vətəndaşın borcudur. Bu böyük bəla ilə mübarizənin effektivliyi, ilk növbədə, həm də fərdi olaraq vətəndaşın özündən asılıdır”, - deyə R.Mahmudov qeyd edib.

Azərbaycan dövlətinin həkimlərin əməyini yüksək qiymətləndirdiyini diqqətə çatdıran Səhiyyə komitəsi sədrinin müavini deyib: “Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında da dediyi kimi, həkimlərimiz əsl peşəkarlıq, iradə nümayiş etdirir, bu çətin problemin öhdəsindən gəlmək üçün var qüvvələri ilə çalışırlar. Bu gün və sabah xalqın sağlamlığı, təhlükəsizliyi həm də həkimlərin əməyindən birbaşa asılıdır. Vətəndaşlarımız həkimlərimizə güvənir, onların yorulmaz fəaliyyətinin, misilsiz töhfələrinin nəticəsiz qalmayacağına inanırlar”.

Rəşad Mahmudov ölkəmizdə xəstəliklə mübarizədə sərt tədbirlər görülməsinə baxmayaraq, bəzi vətəndaşlar hələ də məsuliyyətsiz davranışından narahat olduğunu bildirib. Diqqətə çatdırıb ki, bəzi vətəndaşlar “mənə heç nə olmaz” fikri ilə rahatca küçələri dolaşır, şəhərə çıxırlar. Bu, yolverilməzdir. Bununla əlaqədar vətəndaşlara səslənən deputat vurğulayıb ki, bu çətin günlərdə insanların bu fəlakətin necə acı nəticələr verə biləcəyini anlamaları çox vacibdir. Bu ağır günlərdə Azərbaycan həkimləri, sözün həqiqi mənasında, qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərirlər.

“Xalqımızın sağlamlığı və təhlükəsizliyi həm də biz həkimlərin əməyindən asılıdır”, - deyən tibb elmləri doktoru vətəndaşları həkimlərin tövsiyələrinə qulaq asmağa çağırıb. O qeyd edib: “Ona görə də hər bir vətəndaşımız tövsiyələrə riayət etməlidir. Tövsiyə isə çox sadədir: məsuliyyətli olmaq, evdə qalmaq və məsuliyyəti dərk etmək. Belə bir vaxtda xəstəxanalarımıza, həkimlərimizə əlavə problemlər yaratmamaq”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Agentlik sədri: lll Mili Rəqabət Forumu qarşıdakı mərhələ üçün əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq

Pərviz Şahbazov: Bərpaolunan enerji layihələrinin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib

Nazir: Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun xüsusiyyətlərini nəzərə almaq vacibdir

BVF: İnkişaf etmiş ölkələrdə COVID-19-dan bəri ən böyük büdcə kəsirləri yarana bilər

Buxara Dövlət Universitetində “Yusif Qarabaği adına Azərbaycanşünaslıq Mərkəzi” açılıb

TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Azərbaycan Prezidenti: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Bakıda Azərbaycan-Laos investisiya və biznes-forumu keçirilir

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 Oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir VİDEO

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır VİDEO

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır VİDEO

Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq

Neft bahalaşır VİDEO

Neft bahalaşır VİDEO

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

III Milli Rəqabət Forumu işə başlayıb

Qazaxıstan paytaxtında Azərbaycanın da iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub