RƏSM QALEREYASI ZƏNGİNLƏŞİR
Keçən ilin mart ayında açılan Kürdəmir dövlət Rəsm Qalereyası yeni sənət nümunələri hesabına get-gedə zənginləşir. Dövlət incəsənət qalereyasından verilmiş 92 və Dövlət Rəssamlıq Akademiyasının hədiyyəsi olan 12 sənəd nümunəsi hesabına burada əsərlərin sayı 120-yə çatdırılmışdır. Xalq rəssamı Səttar Bəhlulzadənin heykəli qoyulmuş böyük salonda nümayiş etdirilən xalq rəssamı Kamil Xanlarovun “Nəsimi” əsəri qalereyanın ən gözəl incilərindəndir.
Rəsm Qalereyasının direktoru rəssam İlqar Muradov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, burada tez-tez həvəskar rəssamların, məktəblilərin əl işlərinin sərgiləri təşkil olunur, ən yaxşı əsərlər hesabına eksponatlar zənginləşir. Hazırda “Xocalı uşaqların gözü ilə” sərgisinin açılışına hazırlıq işləri görülür.