Respublika Ağsaqqallar Şurasının rəhbərləri Xocalıdan olan məcburi köçkünlərlə görüşmüşlər
Goranboy, 21 fevral (AZƏRTAC). Respublika Ağsaqqallar Şurasının rəhbərləri Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış xocalılılarla görüşmüşlər.
Şuranın vəsaiti ilə burada ehsan süfrəsi açılmış, soyqırımı qurbanlarının ruhuna dualar oxunmuşdur.
AZƏRTAC xəbər verir ki, Xocalıdan olan 200 nəfər məcburi köçkün üçün nəzərdə tutulmuş mərasimdə Respublika Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqov çıxış edərək 20 il bundan əvvəl erməni işğalçıları tərəfindən Xocalıda törədilmiş dəhşətli faciəni yada salmışdır. Akademik bu qətliamı azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi qiymətləndirmişdir.
Sonra xocalılılar çıxış edərək erməni quldurları tərəfindən başlarına gətirilən müsibətlərdən danışmışlar. Onlar Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində tezliklə öz doğma torpaqlarına qayıdacaqlarına əminliklərini ifadə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]