Respublika Günü Budapeştdə də qeyd olunub
Budapeşt, 29 may, AZƏRTAC
Mayın 28-də Azərbaycanın Macarıstandakı səfirliyində Respublika Günü münasibətilə qəbul keçirilib. Tədbirdə Macarıstanda öz ölkəsini təmsil edən 30-dan çox dövlətin nümayəndələri iştirak ediblər.
Azərbaycan səfiri Vilayət Quliyev qonaqlar qarşısında çıxış edib. O, 1918-ci ildə Azərbaycan xalqının müstəqilliyə aparan qəhrəmanlıq yolu, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsi, bu müstəqilliyin möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin rolu, ölkənin 24 ildə qazandığı nailiyyətlər, habelə Bakıda iyun ayında keçiriləcək birinci Avropa Oyunları haqqında geniş məlumat verib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt