Respublika Uşaq Kitabxanasının təşkil etdiyi onlayn görüşlər davam edir
Bakı, 23 aprel, AZƏRTAC
Bakı şəhəri Xətai rayonu 95 nömrəli məktəbinin 3-cü sinif şagirdləri, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova arasında növbəti onlayn görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşün keçirilməsində məqsəd kitabxananın hazırkı fəaliyyəti haqqında oxuculara geniş məlumat vermək, onlara bu günlərdə dəstək olaraq elektron ədəbiyyatı təbliğ etmək, eləcə də uşaqların sevimli yazarları ilə canlı ünsiyyət qurulmasında vasitəçi olmaqdır.
Görüşdə Bəhram Bağırzadə uşaqlara öz kitabları barədə məlumat verib və onlara maraqlı suallar ünvanlayıb. Sonra o, məktəbliləri maraqlandıran sualları cavablandırıb.
Sonra çıxış edən Ş.Qəmbərova uşaqlara elektron kitabxana haqqında ətraflı məlumat verib. Bildirib ki, kitablar dünyanın ən böyük xəzinəsidir və insan yalnız kitab oxuyaraq, mütaliə edərək zənginləşə bilər.
Görüş uşaqlarda zəngin təəssürat doğurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
- 12.10.2026 [15:40]
Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq
- 12.10.2026 [15:05]