Reuters: Boris Conson Nyu-York səfərini yarımçıq kəsərək Londona qayıdıb
Bakı, 25 sentyabr, AZƏRTAC
BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak edən Böyük Britaniyanın Baş Naziri Boris Conson Nyu-York səfərini yarımçıq kəsərək Londona qayıdıb. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, hökumət başçısının bu addımı sentyabrın 24-də Britaniya Ali Məhkəməsinin onun qərarını qanunazidd elan etməsi və sentyabrın 25-də parlamentin spikerinin təşəbbüsü ilə qanunverici orqanın fəaliyyətinin bərpa olunmasıdır.
Xəbərdə qeyd olunur ki, Boris Conson çərşənbə axşamı telefon vasitəsilə nazirlərlə müşavirə keçirib, həmçinin Kraliça II Elizabetlə danışıb. Baş Nazirin Dauninq Strit 10-da yerləşən ofisindən Kraliça ilə danışığın detalları acıqlanmasa da, Baş Nazirin onu çətin vəziyyətə saldığı bildirilir. Ali Məhkəmənin qərarına görə, Boris Conson monarxa yanlış məlumat verə bilər. Baş Nazir isə, öz növbəsində, parlamentin fəaliyyətinin dayandırılmasının səbəbinin deputatların Brexitə mane olmasının qarşısını almaq olduğunu bəyan edib.
Nüfuzlu “The Times” qəzeti yazır ki, sentyabrın 25-də keçiriləcək parlament iclasında Consonun mühafizəkar hökuməti Mühafizəkarlar Partiyasının illik qurultayı ilə əlaqədar parlamentin işini dayandırmağa çalışacaq. Müxalifət partiyaları isə iclasda Brüssellə sazişsiz Brexitin qarşısını almağa cəhd göstərəcək və hökumətdən izahat tələb edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]