Robert Levandovski Lionel Messinin nailiyyətini təkrarlayıb
Bakı, 21 oktyabr, AZƏRTAC
İspaniyanın “Barselona” komandasının futbolçusu Robert Levandovski Lionel Messinin Kataloniya klubundakı nailiyyətini təkrarlayıb.
AZƏRTAC OPTA-ya istinadən xəbər verir ki, 36 yaşlı oyunçu buna La Liqanın X turunda “Sevilya” ilə keçirilmiş matçda (5:1) dubl etməklə nail olub.
Polşalı forvard bununla Kataloniya təmsilçisinin heyətində Lionel Messidən sonra İspaniya çempionatının ilk 10 turunda 12 qol vuran birinci futbolçu olub. Argentinalı hücumçu bu göstəriciyə 2019-2020-ci illər mövsümündə imza atmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]