Roberto Mançini İtaliyada ilin ən yaxşı baş məşqçisi seçilib
Bakı, 5 aprel, AZƏRTAC
Futbol üzrə İtaliya millisinin çalışdırıcısı Roberto Mançini 2018-ci ildə ölkəsinin ən yaxşı baş məşqçisi seçilib.
AZƏRTAC İtaliya Futbol Federasiyasının saytına istinadla xəbər verir ki, 54 yaşlı mütəxəssis ilin ən yaxşı baş məşqçisinə təqdim edilən “Enzo Bearzot” mükafatına layiq görülüb. Roberto Mançinidən başqa, bu mükafata “Atalanta” klubunun baş məşqçisi Can Pyero Qasperini və “Milan”ın çalışdırıcısı Cennaro Qattuzo da namizəd olublar.
Qeyd edək ki, 2001-ci ildə “Fiorentina” komandasında baş məşqçi karyerasına başlayan R.Mançini sonradan “Latsio”, “İnter”, “Mançester Siti”, “Qalatasaray” və “Zenit” klublarını çalışdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]