Roma Papası Trampın İrana qarşı təhdidlərini qəbuledilməz adlandırıb
Bakı, 8 aprel, AZƏRTAC
Papa XIV Leo İran xalqına qarşı təhdidləri qəbuledilməz sayıb və heç bir zərər verilməməsinə çağırış edib.
AZƏRTAC xəbər verir ki, bu barədə pontifik Roma yaxınlığındakı yay iqamətgahından çıxarkən jurnalistlərə açıqlama verib: “Hamımızın bildiyi kimi, bütün İran xalqına qarşı təhdid edilib. Bu, tamamilə qəbuledilməzdir. Əlbəttə, bu, beynəlxalq hüquq məsələsidir, lakin daha geniş mənada, bütün millətin rifahı ilə bağlı mənəvi məsələdir”.
Papa əlavə edib: “Hər kəsi müharibənin eskalasiyasının qurbanı olacaq günahsız insanların — uşaqların, yaşlıların, tamamilə günahsız insanların — qəlbləri haqqında səmimi düşünməyə çağırmaq istərdim”.
Amerika lideri Donald Tramp daha əvvəl bildirib ki, ABŞ-ın təqdim etdiyi razılaşma müddəti bitdikdən sonra, əgər bu, Hörmüz boğazında irimiqyaslı gəmiçiliyin bərpasına şərait yaratmasa, İran sivilizasiya kimi məhv ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:39]
İran XİN: Tehran Hörmüz boğazından keçid üçün heç bir ödəniş almayacaq
- 04.06.2026 [16:29]
Aleksandr Novak: Rusiyanın neft hasilatı azalıb
- 04.06.2026 [16:08]
Böyük Britaniya hökuməti müdafiə sahəsinə investisiyaları ixtisar edə bilər
- 04.06.2026 [16:05]
Alis Vaydel: Ukraynanın Aİ-yə üzvlüyü Almaniyanın maraqlarına uyğun deyil
- 04.06.2026 [15:49]
Fransa Rusiyanın informasiya məkanında ikinci əsas hədəfidir
- 04.06.2026 [15:42]