Romadakı seçki məntəqəsində səsvermə üçün bütün hazırlıqlar görülüb
Roma, 6 fevral, AZƏRTAC
Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyində yaradılan seçki məntəqəsi səsverməyə tam hazırdır.
AZƏRTAC xəbər verir ki, Seçki Məcəlləsinə uyğun yaradılan məntəqədə seçki komissiyasının sədri, katibi və üzvləri seçilib, səsvermə üçün bütün hazırlıqlar görülüb. İtaliya, Malta və San-Marinoda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan vətəndaşlarımız fevralın 7-də yerli vaxtla saat 08:00-dan 19:00-dək səsvermədə iştirak edə bilərlər.
Qeyd edək ki, prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma