Roman Qriqorçuk: Ramil Şeydayev “Neftçi” üçün əla transferdir
Bakı, 16 iyul, AZƏRTAC
“Düşünürəm ki, Ramil Şeydayev komandamız üçün əla transferdir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Ramil Şeydayevin transferi ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.
Ukraynalı mütəxəssis bu keçidin komandanı gücləndirəcəyinə inandığını bildirib: “Çox şadam ki, Ramil bizimlədir. Bu futbolçunu çox sevirəm. Ona hörmət edirəm, dəyər verirəm. Əminəm ki, Ramilin “Neftçi”yə çox köməyi dəyəcək. O, gözəl futbolçudur”.
Qeyd edək ki, Bakı təmsilçisi 28 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayıb. Təcrübəli forvard yeni komandasında 90 nömrəli formanı geyinəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]