Ronaldo dünya rekorduna imza atıb
Bakı, 31 avqust, AZƏRTAC
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu milli liqalarda qol vurmaq üzrə dünya rekorduna imza atıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının saytında məlumat verilib.
Səudiyyə Ərəbistanı çempionatının “Əl-Nasr” - “Əl-Şəbab” matçında Ronaldu milli liqalarda 516-cı və 517-ci qolları vurub. Bunlardan üçü Portuqaliya çempionatında (“Sportinq”), 103-ü “Mançester Yunayted”in heyətində İngiltərə Premyer Liqasında, 311-i “Real Madrid”in heyətində İspaniya çempionatında, 81-i İtaliya çempionatında (“Yuventus”), 19-u isə Səudiyyə Ərəbistanı çempionatında vurulub.
Otuz səkkiz yaşlı futbolçu təkbaşına avstriyalı Yozef Bikan və macar Ferens Puşkası (hər biri 515 qol) qabaqlayaraq milli liqaların bombardiri olub.
Qeyd olunur ki, milli liqalarda vurulan 500 qol həddinə cəmi 3 futbolçu çata bilib. Argentinalı Lionel Messinin hazırda 496 qolu var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]