“Rosselxoznadzor” Azərbaycanın daha 4 müəssisəsindən pomidor idxalına icazə verib
Moskva, 16 dekabr, AZƏRTAC
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 17-dən Azərbaycanın daha 4 müəssisəsindən pomidor idxalına icazə verib.
AZƏRTAC xəbər verir ki, xidmətin məlumatına görə, Kürdəmir rayonunun “Geotermal”, Salyan rayonunun “Gp Alfa greenhouse” və Masallı rayonunun müəssisələrindən, eləcə də Hacıqabul rayonunun “Hajigabul greenhaouse” MMC-dən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təminatı ilə pomidor idxalına yenidən başlanacaq.
Xatırladaq ki, “Rosselxoznadzor” dekabrın 16-dan Xızı rayonunda yerləşən “Aqroterm” MMC-dən pomidor idxalına icazə verib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:26]
Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir
- 02.10.2026 [17:14]
Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK
- 02.10.2026 [16:49]