Azərbaycan Dövlət İnformasiya Agentliyi

Röya Həsən: Mən kətan üzərində daxili dünyamın ritmində “musiqini ifa edirəm” – MÜSAHİBƏ

Bakı, 29 may, Anara Axundova, AZƏRTAC

Onun emalatxanasında ekzotik musiqi səslənir. Qəfəsənin rəflərində dünyanın müxtəlif ölkələrindən gətirilən kitablar, albomlar, balıqqulağı və ekzotik əşyalarla düzülüb. Masanın üzərində boncuklar, toxum muncuqları, çınqıllar olan qutular var – bu, gələcək dizayner bəzəkləri üçün materialdır. Dolabda köhnə köynəklərdən, parça qırıntılarından, büzmələrdən düzəldilmiş dizayner bürüncəkləri asılıb... Girişdən sağ tərəfdə bir arzu ağacı “böyüyür” - hər bir qonaq ürəyində saxladığı ən gizli arzusu ilə qeyd yazıb budaqlardan birinə asa bilər. “Burada tutulan hər bir arzu gerçəkləşib”, - deyə emalatxana sahibəsi bildirir.

Biz rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri incəsənət kafedrasının müəllimi, çoxsaylı yerli və xarici sərgilərin, simpoziumların, bədii layihələrin iştirakçısı Röya Həsənin qonağı olduq. Möhtəşəm, orijinal, cəsarətli. Baxırsan ona və sənə elə gəlir ki, sanki o özü öz kətanlarından enib.

- Röya xanım, təbii ki, sual yaranır, rəssam olmaq üçün niyə birbaşa təhsil almadınız? Filologiya, iqtisadiyyat üzrə ali təhsiliniz var...

- Görünür, belə olmalı idi. Tale yolumu tələsmədən və müdrikliklə çəkirdi, məni müxtəlif rollar və təcrübələrdən keçirirdi ki, lazımi anda şüurlu şəkildə bu gün yaşadığıma gəlim çatım. Bəli, 17-18 yaşımda rəssam olmaq arzusunda idim, amma yəqin ki, o vaxt ruhum bu yola hazır deyildi. O yetişməli, başqa məkanlardan - bank ofislərindən, gömrük komitəsinin dəhlizlərindən keçməli idi. Rəssam olmaq üçün birbaşa təhsil almadığıma görə heç vaxt peşman olmamışam. Mən inanıram: nə baş verirsə, vaxtında olur. Baş verən hər şey yaxşılığa doğrudur.

- Demək olarmı ki, əvvəlki peşələr sizi rəssam kimi formalaşdırdı?

- Həyatda ən dəyərlisi yoldur. Getdiyimiz yol boyu insanlara, hadisələrə və seçimlərə rast gəldiyimiz yol. Demək olar ki, həyatımızda üzləşdiyimiz hər kəs, hətta bir anlıq da olsa bizim müəllimimiz olur. Mən müxtəlif sahələrdən keçdim və onların hər biri məni inkişaf etdirirdi, yeni tərəflər və imkanlar açırdı. Məktəbi təzəcə bitirib, qiyabi təhsilə qəbul olub işə başlayanda, sanki başqa bir dünyaya - böyüklər arasında, hər şeyin fərqli olduğu yeni sistemə düşdüm. Bizə sadəcə işləməyi öyrətmirdilər - bizi inkişaf etdirirdilər: ingilis dili kursları, beynəlxalq konfranslar, xaricə ezamiyyətlər. Bu, həqiqətən də hadisələrlə zəngin vaxt idi. Bu gün mən başa düşürəm: bütün bunlar vacib idi. Təcrübə dərhal gəlmir - o, addım-addım, əhəmiyyətli yolların kəsişməsində toplanır. Məhz insanlar, yerlər, qərarlar və dəyişikliklərlə dolu yol bizi formalaşdırır. İlk növbədə, bir şəxsiyyət kimi. Rəssam isə mənim anlayışımda, ilk növbədə, məhz şəxsiyyətdir.

- Siz sağəllisiniz, amma sol əlinizlə də rəsm çəkə bilərsiniz...

- Bəli, mən sonradan solaxay oldum. Bir neçə il bundan əvvəl mən ağır qəza keçirdim. Uzun müddət sağ əlim İlizarov aparatında idi, əməliyyatlar olundu, uzun müddət reabilitasiya... Mən sözün əsl mənasında, yenidən yaşamağı öyrənməli oldum - bu dəfə sol əlimlə. Həyat, qəribə də olsa, bizim güman etmədiyimiz güclü tərəflərimizi ortaya qoyur. Bəzən böyüməmizin katalizatoru olan məhz çətinliklərdir. Bu, mənimlə də baş verdi. Mən yazmağa, kəsməyə, çəkməyə başladım - hamısını sol əlimlə. Bu gün mən hər ikisi ilə bərabər sərbəst işləyirəm. Üstəlik, mən eyni anda iki əlimlə asanlıq və bir vaxtlar qeyri-mümkün görünən sürətlə yarada bilirəm. Pianoçuların eyni anda iki əllə necə ifa etməsi məni həmişə heyran edirdi - sanki musiqi ilə danışırlar. İndi isə mən də onlara bənzəyirəm. Hər iki əlimlə, bir səslə, daxili dünyamın ritminə uyğun olaraq kətan üzərində sözün əsl mənasında “musiqi ifa edirəm”.

 

- Siz qəzadan bəhs etdiniz... Başınıza gələnlər mənə Frida Kahlonun hekayəsini xatırladır, bu barədə heç düşünmüsünüzmü? Yeri gəlmişkən, görürəm ki, burada onun reproduksiyaları olan kitablar, hətta avtoportretləri print edilən yastıqlarınız var.

- Həyatda elə dövrlər olur ki, daxildə etiraz qalxır: bu niyə mənim başıma gəldi? Niyə mən? Lakin belə sualları çoxdan özümə vermirəm. Əvəzində başqa biri yarandı - vacib, müalicəvi: bu mənim nəyimə lazımdır? Bu dəyişikliklə dərk etdim: heç bir şey təsadüfən baş vermir. Deməli, məhz bu sınaq mənə lazım idi ki, özümdə, düşüncələrimdə, həyatımda nəyisə dəyişim. Bu kömək etdi. Yenidən yaranmağıma, fərqli dünyagörüşü tapmağıma kömək etdi. Yeni ideyalar, yeni üfüqlər və - ən əsası - sevimli işim ortaya çıxdı. İnsanın sevimli bir işi olanda isə Allah ona güc verir. Mən həyatda optimistəm, ən qaranlıq şəraitdə belə işığı görə bilirəm. Frida Kaloya gəlincə, o da ağrılardan, sınaqlardan, xəyal qırıqlarından keçdi, lakin özü kimi qaldı, sənətdə qaldı. Onu heç nə dayandırmadı. Və buna bənzər məndə də oldu. Qəza məni məhv etmədi - bu, başlanğıc nöqtəsi oldu. Mən özümü yenidən tanımağa başladım.

Reabilitasiya dövründə emalatxanalarda oldum, rəssamlarla dostlaşdım, yaradıcılıq mühitinə qərq olurdum, sərgilərdə olurdum. Bu, təməl oldu. Sonra peşəkar sənət hazırlığı başladı: bakalavriat, sonra magistratura. Hər şey sürətlə baş verirdi: təhsil, iş, yaradıcılığın həyata keçirilməsi. Mən çox şanslı idim –yolumda mən ən yaxşı müəllimlərlə rastlaşdım, rektorum Ceyran Mahmudova da məni dəstəklədi, buna görə də ona sonsuz dərəcədə minnətdaram. Mən indi başa düşürəm: mənimlə baş verənlər yuxarıdan bir işarə idi. Dayanıb həyatımı yenidən nəzərdən keçirməyin vaxtı gəldiyi ilə bağlı bir xatırlatma idi. Özümə başqa tərəfdən - yaradıcı tərəfdən baxmaq. Mən adi yolla gedə bilərdim, lakin tale məni başqa ölçüyə – sənət aləminə dəvət etdi. Mən bu yolla getdim. Çünki ruh hazır olduqda, qapılar mütləq açılır.

- Siz çox vaxt maraqlı şəxsiyyətlərin portretlərini çəkirsiniz. Personajınızın arxasında hansısa hekayənin olması sizin üçün nə dərəcədə vacibdir? Bunsuz portret alınarmı?

- Hər birimizdə bir hekayə var. Sual sadəcə ondadır ki, onu qulaqlarımızla deyil, ruhumuzla eşitməyə hazır olub-olmamağımızdadır. Portret yaradarkən ürəyimin səsini dinləyirəm, mənimlə obrazlarım arasında görünməz bir əlaqə yaranır. Hətta bəzən onlarla zehni olaraq “söhbət edirəm”. Bu, məsələn, böyük ustadlarımızın portretləri üzərində işləyəndə baş verdi. Onların yaradılması prosesi zamanı həqiqətən heyrətamiz şeylər baş verirdi. Xüsusilə Səttar Bəhlulzadə ilə bağlı hekayəni xatırlayıram. Uzun müddət onun portretini çəkə bilmirdim. O, çox qeyri-adi idi, gözləri... Kainat qədər dərin idi. Onun obrazı heç cür bir araya gəlmirdi. Mən bu işdən uzaqlaşdım, qərara gəldim ki, bəlkə də vaxtı deyil. Amma bir gün - mən bunu yuxu adlandırmazdım, daha doğrusu, görüntü idi – biz onunla “görüşdük”. Biz uzun müddət söhbət etdik və mən hiss etdim ki, bu, adi görüşdən kənarda idi, bu, əsl görüş idi. Ertəsi gün studiyaya gəldim, fırçanı götürdüm - və bir axşama portreti başa çatdırdım. Hər şey öz yerini aldı, sanki o özü mənim əlimi istiqamətləndirirdi. Və bir də Arif Məlikovla bağlı hekayə mənim üçün xüsusi oldu. Bizim mental görüşümüz o dərəcədə dərin və təsirli oldu ki, hər dəfə onu xatırlayanda göz yaşlarımı saxlaya bilmirəm. O, mənə o zaman xeyir-dua verdi - xoş sözlərlə, saf enerji, səmimi arzuları ilə... Və bu hiss - sanki gözəgörünməz şəkildə yaxındır - bu günə qədər mənimlə qalır.

– Bunu necə izah etmək olar? Bu mistikadırmı?

– Əslində, bütün həyatımız başdan-başa mistikadır. Axı Tanrının bu heyrətamiz planetimizi saysız-hesabsız həyat formaları, görünməyən, amma hiss olunan harmoniyası ilə yaratması möcüzə deyilmi? İnsanlara, heyvanlara, həşəratlara, bitkilərə baxın – bütün bunlar inanılmazdır. Mənim üçün məhz bunlar əsl möcüzələrdir. Mən görünməyən, amma hiss olunan hər şeyə inanıram. Mən Yaradanın varlığına inanıram və inanıram ki, insan ruhunu O əbədi yaradıb. Ruh bir həyatdan digərinə keçərək yol gedir, böyüyür, inkişaf edir. Əgər bu həyatda nəyisə çatdırıb bitirə bilməsəm bilirəm ki, növbəti həyatda davam etdirəcəyəm. Çünki ruha yazılmış olan hər şey mütləq gerçəkləşəcək. Öz zamanında, öz ritmində.

Gözəl torpaqdan söz düşmüşkən, siz çox səyahət edirsiniz. Sizi xüsusən də sənəti ilə təsirləndirən ölkə hansıdır və nəyə görə təsirləndirib?

– Əgər sənəti ilə ruhuma xüsusilə toxunan ölkədən danışsaq, bu, əlbəttə ki, İtaliyadır. Bu, böyük mədəniyyətin beşiyi, gözəlliyin episentridir. Muzeylərə daxil olduğun zaman hər şeyin zamanla nəfəs aldığı bir yerdə sanki havanın özü dahiliklə doludur. Ustadların əsərlərini seyr etmək, onların necə qorunub saxlanıldığını görmək artıq özlüyündə möcüzədir. Belə məkanlarda sənət sadəcə obyekt deyil, bu bir enerjidir, məkandır ki, sən ora bütün varlığınla daxil olursan. Məni Asiya da özünəməxsus şəkildə heyran etdi: taxta və daş heykəllər başqa bir enerji ilə doludur – incə, dərin və müdrik bir enerji ilə. Hər ölkənin öz adətləri, öz fəlsəfəsi, öz forma və rəng dili var. Bu inanılmaz dərəcədə cəlbedicidir. Çində, Hindistanda, Misirdə, harada olursan ol, sən unikal bir mədəniyyətə toxunursan və hər dəfə təkcə dünyada deyil, özündə də yeni bir şey kəşf edirsən. Rəssam hər yerdə ilham tapir, bəzən şüurlu şəkildə, bəzənsə, sanki təsadüfən. Amma bütün bunlar şüuraltında toplanır. Sonra isə yaradıcılıq anında, qəfil üzə çıxır - çalarlarda, xətdə, obrazda. Harada gördüyünü artıq xatırlamırsan, amma dəqiq bilirsən ki, bu, dünyanın sənin içindəki əks-sədasıdır.

– Bəs, milliyyətindən asılı olmayaraq, bütün dünya rəssamlarını birləşdirən nədir?

– Məncə, milliyyətindən, dilindən, dinindən və zamanından asılı olmayaraq, dünyanın bütün rəssamlarını bir şey birləşdirir ki, o da yaratmaq istəyidir. Həqiqi yaradıcı insan sadəcə yarada bilmədən yaşaya bilmir. Bu, elə bir haldır ki, sən bu proses üçün yaşayırsan. Səninlə kətan arasında, səninlə dünya arasında yaranan o qığılcım üçün yaşayırsan. Müharibələrə, hava şəraitinə, xəstəliklərə, ehtiyaclara baxmayaraq, rəssam yenə də yaradır. Biz keçmiş ustadların hekayələrini oxuyuruq və görürük ki, əksəriyyətinin ən sadə şəraiti belə yox idi. Kiminsə boya almağa pulu yox idi, kiminsə kətanı yox idi... Amma onlar yenə də çəkirdilər. Pirosmani səfalət içində, amma rəsmə inanılmaz sədaqətlə yaradırdı. Onun kətan almağa imkanı yox idi, ona görə tapa bildiyi hər şeyi istifadə edirdi: qalay lövhələr, karton, süfrə parçaları. O, əlinin altında nə vardısa, onun üzərində çəkirdi, çünki çəkmədən yaşaya bilmirdi. Renuar ağır revmatoid artritdən əziyyət çəkirdi. Xəstəlik onun oynaqlarını deformasiyaya uğratmışdı, barmaqlarını demək olar ki, tərpədə bilmirdi, əlil arabasında otururdu. Amma o, rəsm çəkməyi dayandırmadı. Belə nümunələr çoxdur. Məhz bu, biz yaradıcıları birləşdirir: tükənməz daxili yaradıcı ehtiyac. Hətta imkan olmadıqda belə, yer olmadıqda belə. Əsas odur ki, dünyaya söyləyəcək sözün olsun. Yol isə tapılacaq.

– Siz çox fəal rəssamsınız, tez-tez müxtəlif master-klaslarda, sərgilərdə, seminar və tədbirlərdə iştirak edirsiniz. Ümumiyyətlə, rəssam üçün fəal olmaq, emalatxanadan çıxmaq, tədbirlərdə iştirak etmək, görünmək nə dərəcədə vacibdir?

– Məncə, bu gün sürətlə dəyişən dünyamızda, ən vacib dəyərlərdən biri ünsiyyətdir. Yaradıcı insan üçün bu, sadəcə vacib deyil, zəruridir. Dünyaya açıldıqda, sən zənginləşirsən, insanlarla tanış olursan, həmfikir tapırsan, potensial müştərilərlə qarşılaşırsan, yeni ideyalarla ruhlanırsan. Əgər bu beynəlxalq layihələrdirsə, demək həm də mədəniyyətlərarası dialoqdur, dəyərlərin mübadiləsidir. Əsl sənət məhz qarşılıqlı təsir nöqtəsində doğulur. Hər bir layihə, hər sərgi, hər tanışlıq sadəcə bir hadisə deyil, bu bir inkişafdır. Rəssam üçün fəallıq hava kimidir. Mən inanıram ki, sənət görülməlidir. Əgər əsər emalatxanada qalır və onu heç kim görmürsə, o, sanki taleyini yaşamayıb. Axı hər bir əsərin öz həyatı olmalıdır, o, öz tamaşaçısını tapmalıdır, bəlkə də yeni sahibini tapmaq üçün başqa şəhərə, başqa ölkəyə getməlidir. Bu sənətin təbii yoludur.

Emalatxanama çoxlu qonaqlar gəlir və mən hər nə qədər tənhalığı sevsəm də, art-simpoziumları, plenerləri, yaradıcılıq görüşlərini də sevirəm. Orada tam fərqli bir enerji olur. Rəssamlar bir yerə toplaşdıqda, elə bir güclü axın yaranır ki, insanı yaradıcılığa doğru itələyir. Bunu sözlərlə izah etmək mümkün deyil. Elə olur ki, bir gecədə üç əsər yaradıram, enerji o qədər güclü olur. Bu yay bizdə üç art-simpozium planlaşdırılıb və mən mütləq iştirak edəcəyəm. Payızda bir sıra sərgilər olacaq. Həmçinin tələbəmlə birgə sərgi planlaşdırıram. Şuşa şəhərində də böyük planlarımız var, maraqlı bir mədəni layihə həyata keçirmək istəyirik. Həmçinin Mədəniyyət Nazirliyi ilə birgə vacib bir təşəbbüs üzərində çalışırıq, belə ki, görkəmli şəxsiyyətlərimizin portretlərini xaricdə təqdim etmək, beləliklə də xarici auditoriyanın mədəniyyətimiz, korifeylərimizlə daha yaxından tanış olmasına imkan yaratmaq.

– Röya xanım, öz həyatınıza nəzər salanda... Necə düşünürsünüz, taleyin sizi bu yola yönəltməsinin səbəbi nə idi? Siz bunda hansısa bir missiyanı görürsünüzmü?

– Düşünürəm ki, bu yol məhz mənim ruhuma lazım idi. O, yaradıcılığa, yaradıcı olmağa can atırdı. Əgər ruh yaratmaq istəyirsə, onu saxlamaq, bloklamaq olmaz. Bu, xaricə çıxmalı olan daxili işıq kimidir. Ola bilsin ki, bu yol asan deyildi, amma məhz bu sayədə o, dərk olunmuş oldu. Geriyə baxanda anlayıram ki, hər şey necə lazımdırsa, elə də oldu. Mən inanıram ki, mənim missiyam təkcə rəssamlıqla məhdudlaşmır. Mən rəssamam, amma həm də pedaqoqam. Müəllimlik vasitəsilə yalnız bilikləri deyil, inamı da ötürməyə çalışıram. Özünə inamı, yoluna inamı, sənətin gücünə inamı. Tələbələrimə nə səhvlərdən, nə də dəyişikliklərdən qorxmamağı öyrədirəm. Onlara açıq, maraqlı, dərin olmağı öyrədirəm. Tələbələrimə təkcə rəsm, şəkil, kompozisiya, texnologiya öyrətmirəm, mən özüm də onlardan öyrənirəm. Onların hər biri, öz baxışı, sualları olan, başa düşməyə və fikirlərini səmimi ifadə etməyə can atan ayrı bir aləmdir.

Tədris prosesində heyrətamiz bir mübadilə baş verir, mən onlara öz bilik və təcrübəmi ötürürəm, onlar isə təravət və fərqli baxış bucağını ötürür. Bu həm zənginləşdirir, həm də ruhlandırır. Biz birlikdə muzeylərə gedirik, müxtəlif rəssamların emalatxanalarında olur, gördüklərimizi müzakirə edir, sənət barədə düşünürük. Yanında istiqamətləndirməyi və dəstək verməyi bacaran bir insanın olması çox vacibdir. Mən öz müəllimlərimi həmişə xatırlayıram, onlar təkcə öyrətmirdilər, həm də ruhlandırırdılar. Onların mənə olan inamı mənim irəli getməyim üçün yanacaq idi. İndi isə bu gücü öz tələbələrimə ötürməyə çalışıram. Müəllim ən vacib peşədir, çünki məhz müəllim hər bir başqa peşənin başlanğıcında dayanır. Onsuz nə həkim, nə hüquqşünas, nə mühəndis, nə də psixoloq olacaq... Bu həm böyük məsuliyyət, həm də dərin bir şərəfdir. Sənət mənim taleyimin özümə aparan yolundakı körpü oldu və bu yolda hər döngəyə görə minnətdaram!

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər

“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

V.İ.Sadıqovun Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib

F.E.İsgəndərovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

F.E.İsgəndərovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.A.Qurbanovanın Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BMU tələbələri Böyük Britaniyada keçirilən beynəlxalq innovasiya yarışmasında birincilik qazanıblar

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 454-VIIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Azərbaycanda dini təhsildə yeni mərhələ: ixtisaslar və elmi imkanlar genişlənir

Yüksək balla AzTU-ya qəbul olunanlar üçün xüsusi təqaüd imkanı

İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?

Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb

Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib

Sığortaçılar Assosiasiyasının icraçı direktorunun adına saxta hesab yaradılıb, yanlış məlumatlar paylaşılır

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva

Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir

Vaşinqton razılaşması Azərbaycanın regionda yaratdığı yeni siyasi və iqtisadi reallıqları əks etdirdi - ŞƏRH

Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb

“Barselona” Levandovskini klubun əfsanələri siyahısına daxil edib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər

Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları 50 faizədək azalıb

Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub

Yeddi ayda istehlakçılara büdcədən 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Səkkiz avqust razılaşmalarının ildönümündə liderlərin müzakirəsi: Azərbaycan-ABŞ əməkdaşlığında yeni faza - TƏHLİL

Azərbaycan Rəssamlıq Akademiyası tələbələrin beynəlxalq sənət platformalarına çıxışını genişləndirir

Benksinin üç əsəri Britaniya vergi ödəyicilərinə təxminən 150 min funta başa gəlib

BMT Konvensiyasının 20 illiyinə həsr olunmuş maarifləndirici broşür hazırlanıb

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub

Bu saata olan əsas xəbərlər

Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB

Ergün Kırlıkovalı: Taleb Vardanyan məsələsində “kor nöqtələr”in qurbanına çevrilib MÜSAHİBƏ

Faktiki hava: Bəzi rayonlara leysan yağır

İlin əvvəlindən dövlət qurumlarına qarşı 518 kiberhücum indikatoru müəyyən edilib

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

Mbappe “Real Madrid”ə gələn həftə qoşulacaq

Yeddi ayda Azərbaycanda dövlət qurumlarına 28 yeni domen verilib

® “AccessBank” kiçik bizneslərin maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə FMO-dan 75 milyon dollar məbləğində kredit xətti cəlb edib

Çində təhsil alacaq BDU məzunu: Bu təqaüd mənim üçün sadəcə təhsil imkanı deyil

Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir

Qivami Rəhimli: Azərbaycanın mədəni irsini dünyaya tanıdan uğurlu əməkdaşlıq

Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb

Altı ayda 1,2 milyondan çox vətəndaş “mygov” vasitəsilə ailə üzvlərini axtarıb

“İsmayıllı-2” kiçik su elektrik stansiyasında indiyədək istehsal olunan enerjinin həcmi açıqlanıb

Pakistanlı ekspert: Vaşinqton prosesi Azərbaycan üçün yeni strateji imkanlar açır

Mərakeş millisinin futbolçusu “Fənərbağça”ya qayıdıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

BSU müəllimlik ixtisasını seçən oğlan abituriyentlərə təqaüd verəcək

Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə İran Prezidentinə təşəkkür edib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ƏMAS-da gecə vaxtı yerinə yetirilən işlərlə bağlı yeni xəbərdarlıq funksionallığı yaradılıb

Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı  FOTO  VİDEO

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı FOTO VİDEO

Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

Maldiv adalarında gənclərin ekoloji hərəkatı geniş vüsət alır

“Trabzonspor” heyətinə daha bir ulduz futbolçu qatır

Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü veriləcək

BMU magistrantı Çində minillik freskaların süni intellektlə bərpasını araşdırıb

Tağlar mağarasında arxeoloji tədqiqatların üçüncü mövsümü başlanıb

® “Ziraat Bank Azərbaycan” 15 milyon manat həcmində istiqraz emissiyasını təqdim edir!

Azərbaycan komandası Qazaxıstanda gənc yol hərəkəti müfəttişlərinin toplantısında iştirak edəcək

Bakıda axşam konsertləri keçirilir VİDEO

Bakıda axşam konsertləri keçirilir VİDEO

BDYPİ: Velosiped sürərkən mobil telefondan istifadə etmək yolverilməzdir

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır