Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rumıniya KİV-i ölkəmizdə qeyd edilən Zəfər Günü ilə bağlı məqalələr yayıb

Buxarest, 9 noyabr, AZƏRTAC

Rumıniyanın nüfuzlu “News24hours” xəbər portalı və “Ultima Ora” qəzeti Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfovun “8 Noyabr - 44 günlük Vətən müharibəsində Qələbə Gününün ildönümüdür” və “Azərbaycan Respublikasının Zəfər Günü” sərlövhəli məqalələrini dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalələrdə ölkəmizin 30 illik erməni işğalına son qoyan 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında və Azərbaycan Ordusunun şücaəti nəticəsində Qələbə qazanaraq, öz ərazi bütövlüyünü bərpa etdiyi və Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratdığı geniş təsvir edilib.

Münaqişənin tarixi aspektlərinə nəzər salan səfir, bu eskalasiyanın Ermənistanın 1991-1994-cü illərdə Azərbaycana qarşı hərbi təcavüzü kontekstində nəzərdən keçirdiyini və bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, bir milyona yaxın azərbaycanlının etnik təmizləməyə məruz qaldığını, 30 il ərzində işğal etdiyi ərazilərdə Azərbaycanın mədəni irsinin dağıdılması, talan edilməsi və ələ keçirilməsi kimi faktları qeyd edib.

Diplomat bildirib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən dörd qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistan bu qətnamələri yerinə yetirməkdən qəsdən imtina edib. Eyni zamanda, Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyində uzun illərdir münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun səyləri heç bir nəticə verməyib. Bununla da, Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təkbaşına təmin etmiş oldu.

Müəllif qeyd edib ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın əl atdığı yeni təcavüz aktına cavab olaraq Azərbaycanın başladığı əks-hücum əməliyyatı beynəlxalq humanitar hüquqa əməl edilməklə həyata keçirilmiş, müharibə dövründə Azərbaycan tərəfi Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq humanitar hüququn normalarına tam şəkildə riayət etmişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan çox az itki verərək böyük hərbi nailiyyətlər əldə edə bildi. İlk günlərdən Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğratmış və onları təslim olmağa məcbur etmişdir. Azərbaycan Silahlı Qüvvələri əvvəllər işğal altında olan Azərbaycan və İran sərhədini tamamilə azad edərək “Laçın dəhlizi”nə doğru irəliləməyə başlayıb, öncə Cəbrayıl sonra Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərinə irəliləyib.

Həmçinin vurğulanıb ki, döyüş meydanında köməksiz vəziyyətdə qalan Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasını kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı dəhşətli cinayətlər törədib. Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Qəbələ şəhərləri, Siyəzən, Xızı rayonları və cəbhə xəttindən uzaqda yerləşən digər yaşayış məntəqələrinə kaset mərmiləri düşmüş, 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq həlak olmuş, 450-dən çox insan yaralanmışdır. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin qəsdən öldürülməsi ermənilərin Azərbaycan xalqına qarşı növbəti hərbi cinayətidir. Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusu münaqişə boyu heç vaxt dinc əhalini atəşə tutmayıb.

Məqalələrdə deyilir ki, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoydu və Cənubi Qafqazın gələcək inkişafına yönəlmiş yeni fəaliyyət formatını təqdim etdi. Beləliklə, Azərbaycanın hərbi qələbəsi Ermənistanı təslim olmağa məcbur etdi. Bəyannamədə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə birləşdirəcək yeni nəqliyyat kommunikasiyalarının (Zəngəzur dəhlizi) yaradılması da nəzərdə tutulur. Azərbaycanın qədim və tarixi torpağı olan Qarabağın həyatında yeni bir dövrün - bərpa və quruculuq dövrünün başlanmasının şahidi olmaq təqdirəlayiqdir.

İşğalın 30 ili ərzində ciddi şəkildə dağıdılmış torpaqlarda yaşayış məntəqələrinin bərpası üçün layihələr həyata keçirilir, infrastruktur obyektləri salınır, hava limanları, yollar, körpülər, tunellər və digər obyektlər tikilir, elektrik və su xətləri çəkilir. Məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına qayıtmaları üçün şərait yaradılır. Artıq Azərbaycanın Qarabağ bölgəsində “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrasına başlanılıb. Layihələr Ermənistanın işğalından azad edilmiş Azərbaycan torpaqlarında müasir standartlara uyğun kommunikasiyaların yaradılmasını nəzərdə tutur. Zəngilan rayonunda ilk “Ağıllı kənd”lərdən birinin təməli qoyulub.

Səfir, eyni zamanda, bildirib ki, iki ölkə arasında müharibənin başa çatmasına baxmayaraq, Ermənistan Azərbaycana qarşı çağırışlar və cinayətlər törətməkdə davam edir, bununla da regional sülh və təhlükəsizliyi təhdid edir. Ermənistanın işğaldan azad edilmiş ərazilərdə basdırılmış yüz minlərlə tank və piyada əleyhinə minaların dəqiq xəritələrini tam şəkildə təqdim etməkdən, sərhədlərin delimitasiyası və demarkasiyasına başlamaqdan imtina etməsi münaqişədən sonrakı normallaşma prosesinə ziyan vurur. Müharibə başa çatdıqdan sonra Azərbaycan hakimiyyət orqanları ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə böyük sülh sazişinin imzalanması üçün Ermənistan Respublikasına dəfələrlə müraciət edib. Lakin Ermənistan tərəfi indiyədək müxtəlif bəhanələrlə sülh təkliflərini qəbul etməkdən yayınır.

Üçtərəfli Bəyannamənin imzalanmasından sonra Azərbaycan Ermənistandan fərqli olaraq, münasibətlərin normallaşması üçün əsl niyyətini nümayiş etdirmək üçün bir sıra addımlar atıb. Bura humanitar məqsədlərlə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin “Laçın dəhlizi” ilə gediş-gəlişinin asanlaşdırılması da daxildir. Azərbaycan Rusiyadan Ermənistana təbii qazın nəqli üçün də infrastruktur təmin edib. Rabitələrin canlandırılması hər iki ölkənin və tərəfdaşlarımızın mənafeyi naminə Azərbaycan və Ermənistan vasitəsilə ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə artıracaq. Bu, normallaşmada mühüm amil olacaq və regionda davamlı sülh və sabitlik üçün şəraitin yaradılmasında müsbət rol oynayacaq.

Səfir, həmçinin bildirib ki, Azərbaycan Hökumətinin etnik və dini mənsubiyyətindən asılı olmayaraq, eyni hüquq və azadlıqları təmin edərək, erməni əsilli vətəndaşlarını Azərbaycanın siyasi, sosial, iqtisadi sferalarına inteqrasiya etməkdə qərarlıdır. Bunu Prezident İlham Əliyev öz çıxışlarında daim vurğulayır. Bu, regionda davamlı sülh və əməkdaşlıq üçün mühüm imkan yaradır, lakin bütün bunlar, o cümlədən Ermənistan tərəfdən birgə səylər, iradə və qətiyyət tələb edir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb