Rumıniya yüksək epidemioloji riski olan ölkələrin siyahısını təzələyib
Buxarest, 24 aprel, AZƏRTAC
Rumıniyanın fövqəladə vəziyyətlə əlaqədar milli komitəsi yüksək koronavirus riski olan ölkələrin siyahısını təzələyib. Siyahı iki həftədən bir yenilənir. Bu siyahıda olan ölkələrdən gələn vətəndaşlar 72 saat ərzində edilən mənfi koronavirus testi təqdim etdikdə 10 gün, təqdim etmədikdə isə 14 gün karantində qalır. 72 saat ərzində edilən, mənfi koronavirus testi olan və ölkəni 3 gün ərzində tərk edən vətəndaşlar karantinə alınmır. Bundan əlavə 90 gün ərzində koronavirusa yoluxan və bu barədə sənəd təqdim edən vətəndaşlar da karantində saxlanılmır. Qeyd edək ki, yeni siyahıda uzun müddətdən sonra Azərbaycan da daxil edilib. Beləliklə, Azərbaycandan gələn vətəndaşlar yuxarıdakı qaydalara uyğun karantinə yerləşdiriləcəklər. Karantin qaydaları diplomatlara şamil olunmur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]