Rumıniyada koronavirusa yoluxanların sayı artmaqda davam edir
Buxarest, 19 dekabr, AZƏRTAC
Rumıniyada koronavirusa yoluxanların sayı 582 min 786 nəfərə çatıb. AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 5 min 340 yeni yoluxma hadisəsi qeydə alınıb. Koronavirusdan ölənlərin sayı 14 min 157 nəfərdir, 484 min 948 nəfər sağalıb.
Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [20:10]
Ukrayna dronları Rusiyanın neft-kimya kompleksinə zərbə endirib
- 10.08.2026 [19:07]
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]