RUS PRAVOSLAV KİLSƏSİ HESAB EDİR Kİ, LENİN DƏFN OLUNMALIDIR
AZƏRTAC xəbər verir ki, Smolensk və Kalininqrad mitropoliti, Moskva Patriarxlığı xarici kilsə əlaqələri şöbəsinin başçısı Kirill noyabrın 15-də “İnterfaks” agentliyinin mərkəzi ofisində keçirilmiş mətbuat konfransında demişdir: “Lenin dəfn edilməlidir, çünki cənazəni mumiyalamaq ideyası Rusiyanın hər cür mədəni və dini kontekstindən kənardır”.
Mitropolit Kirill vurğulamışdır ki, “Leninin dəfn edilməsi cəmiyyətimizi yenidən ayağa qaldırmamalı, etirazçıları Moskvanın küçələrinə çıxarmamalı, xalqın bir qismi ilə hakimiyyət arasında gərginlik yaratmamalı, radikalların mövqeyinə baxmayaraq, Tanrının köməyi ilə cəmiyyətin sıx birləşməsi prosesinə mane olmamalıdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]