Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya-Azərbaycan: pandemiya dostluq qarşısında acizdir

Rusiya-Azərbaycan: pandemiya dostluq qarşısında acizdir

Moskva, 24 sentyabr, AZƏRTAC 

Bir çox ölkələr arasında sərhədləri bağlamağa qadir olan koronavirus Rusiya və Azərbaycan arasında humanitar əlaqələrin inkişafına mane ola bilmədi. Ümumi bəlaya qarşı mübarizə xalqlarımızı daha möhkəm birləşdirdi və bu çətin dövrdə davam gətirməyə kömək oldu. Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Nataliya Krasovskaya AZƏRTAC-a müsahibəsində hər hansı kataklizmlərə baxmayaraq, təhsil və gənclər sahəsində iki ölkə arasında əməkdaşlığın dayandırılmaması barədə söhbət açıb.

-Nataliya Rudolfovna, Siz Rusiya ilə Azərbaycan arasında ən müxtəlif sahələrdə bu qədər sıx əlaqələrin köklərini nədə görürsünüz?

-Rusiya və Azərbaycan 70 il eyni dövlətin çərçivəsində birgə mövcud olublar. Bu, onların mentalitetlərinin bənzərliyinə səbəb olub. Postsovet dövründə biz ayrılmışıq və bu gün müxtəlif ölkələrdə yaşayırıq, lakin bizim daxilimizdəki tarixi yaddaş hələ də güclüdür, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığı isə təkcə qarşılıqlı faydalı maraqlar əsasında deyil, həm də qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında qurulur. Zaman ölkələrimiz qarşısına oxşar çağırışlar da qoyub: gənclərdə vətənpərvərlik hisslərini formalaşdırmaq, tarixi həqiqətin hər hansı təhrifini adlayaraq, Böyük Vətən müharibəsindəki birgə Qələbə haqqında xatirəni qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək vacibdir.

Buna hətta koronavirus pandemiyası da mane ola bilməz. Qələbə Günü keçirilən Rusiya-Azərbaycan telekörpüsündə Azərbaycan Veteranlar Şurasının sədri gənclər qarşısında çıxış etdi. Sentyabrın 3-də isə - İkinci Dünya müharibəsinin başa çatdığı tarixdə 75 ölkədə eyni vaxtda “Qələbə imlası” aksiyası keçirildi və Azərbaycan da bu aksiyaya qoşuldu. Tələbələr, məktəblilər və onların valideynləri hərbi tarix sahəsinə aid biliklərini yoxlamaqdan ötrü Bakıda toplaşmışdılar. Özü də bu aksiya çoxlarından ötrü imlanın yazıldığı rus dilinə növbəti dəfə öz ehtiramlarını nümayiş etdirmək üçün bir fürsət idi.

-Əgər digər postsovet məkanı ölkələri ilə müqayisə olunarsa, Siz Azərbaycanda rus dilinə olan münasibəti necə dəyərləndirərdiniz?

-Azərbaycan rəhbərliyi ölkələrimiz arasında humanitar əlaqələrin möhkəmlənməsinə kömək olan rus dili və ədəbiyyatının öyrənilməsini ənənəvi olaraq dövlət səviyyəsində dəstəkləyir. Təkcə onu xatırlatmaq kifayətdir ki, respublikada 1947-ci ildən “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı nəşr edilir və bu, bir növ rus dili filologiyasının və rus mədəniyyətinin vizit kartıdır. Bir çox mətbu və elektron KİV-lər ya rus dilində fəaliyyət göstərir, yaxud da onların rusdilli versiyaları mövcuddur. Rus bölməsində təhsil alan şagirdlərin payı hazırda 17 faiz təşkil edir və bu göstərici getdikcə artır. Rus dili üzrə məktəbə hazırlıq populyarlaşmaqdadır. Belə ki, 2019-cu ildən başlayaraq, tədrisin rus dilində keçirildiyi siniflərə düşmək üçün uşaq müsahibədə öz dil bacarıqlarını nümayiş etdirməlidir.

Azərbaycan paytaxtında bir sıra küçələr rus klassiklərinin - A.S.Puşkin, M.Y.Lermontov, L.N.Tolstoyun adını daşıyır. Bu yaxınlarda bakılılar arasında aparılan sorğunun nəticələri isə göstərib ki, onlar F.M.Dostoyevskiyə xüsusi maraq nümayiş etdirir, onun romanlarını orijinalda və ya tərcümədə oxuyurlar. Onlar, həmçinin müasir rusiyalı müəlliflərin - Viktor Pelevin, Boris Akunin, Dmitri Qluxovski və Gözəl Yaxinanın yaradıcılığına da yaxşı bələddirlər. Rus dilində yazan müasir Azərbaycan müəllifləri də var. Məsələn, şair Sahib Məmmədov 2019-cu il Avrasiya Ədəbiyyat Festivallar Festivalının və Mixail Plastov adına Beynəlxalq Ədəbiyyat Mükafatının laureatıdır.

-Artıq postsovet dövründə doğulan gənc azərbaycanlıların rus dilinə marağını nə ilə izah edə bilərsiniz?

-Rus dili millətlərarası ünsiyyət dillərindən biri olaraq gənclərə daha uğurlu karyera qurmaq və dünya üzrə səyahətlərdə özünü sərbəst hiss etmək imkanı verir. Məhz bu səbəbdən Bakı Slavyan Universiteti və Rusiyanın ali məktəblərinin - Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları azərbaycanlılar arasında populyardır. Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın müxtəlif dövrlərdə təhsil aldıqları məşhur Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) Azərbaycan Diplomatik Akademiyası ilə birgə tələbələrin ikili diplomla buraxılışı proqramını həyata keçirirlər. Bu gün Azərbaycandan MDBMİ-də təhsil alan tələbə az deyil. MDBMİ-nin rektoru Anatoli Torkunovun bu yaxınlarda Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilməsi heç də əsassız deyil.

Azərbaycan gənclərində Rusiyanın digər ali məktəblərinə də tələbat var: bizim ölkədə təqribən 11 min azərbaycanlı tələbə təhsil alır. Onlardan təxminən min nəfəri federal büdcə hesabına təhsil alır. COVID-19 pandemiyası ilə əlaqədar, Azərbaycan məzunlarının Rusiya ali məktəblərinə daxil olmalarına keçilməz maneə yaratmaması üçün “Rusiyada təhsil al!” onlayn xidməti işə başlayıb. Bu portal vasitəsilə istifadəçilər Vahid Dövlət İmtahanına distant şəkildə hazırlaşa və rus dili biliklərini artıra bilərlər.

-Azərbaycandan olan tələbələr üçün evdən uzaqda yeni həyat tərzinə uyğunlaşmaq nə dərəcədə çətin olur?

-Rusiyanın ali məktəblərində xarici ölkələrdən o qədər çox tələbə təhsil alır ki, mənəvi dəstək və tanış olmayan reallıqda yardım prosesi çoxdan işlənib hazırlanıb. Bundan başqa, milli icmalar mövcuddur. Məsələn, Ulyanovsk Azərbaycanlılarının Tələbə Klubu. Onlar birinci kursda təhsil alanlara qəyyumluq edir və onlara psixoloji baryeri adlamaqda yardımçı olurlar. Təqdirəlayiq haldır ki, Ulyanovsk Klubu təkcə azərbaycanlıları qəbul etmir: onun tərkibinə 20 millətin nümayəndələri daxildir. Hətta rəqs qrupu da yaradılıb, onlar müxtəlif xalqların rəqslərini ifa edirlər. Bütün bunlar dostluq əlaqələrinin qurulmasına və mövcud stereotiplərə qarşı mübarizə aparılmasına kömək edir.

Sonradan gənc azərbaycanlılar Rusiya gerçəklikləri ilə bir sıraya qoşulur və cəmiyyətin həyatında fəal iştirak edirlər. Mənə məlumdur ki, pandemiya ilə mübarizədə tibb sahəsində təhsil alan bir çox azərbaycanlı tələbələr təmənnasız olaraq “qırmızı zona”da fədakarlıqla çalışaraq rusiyalı həkimlərə kömək ediblər. Bütün ölkə üzrə Rusiya Gününə həsr olunan “Piroq bişir və sağ ol de” aksiyası keçiriləndə isə Novosibirskdə “Rusiya-Azərbaycan Gəncləri Birliyi”nın üzvləri həkimlər üçün çay, milli şirniyyat və mürəbbədən ibarət hədiyyə dəstləri toplamışdılar.

Şəhər günündə gənc azərbaycanlılar Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisindəki “Azərbaycan” pavilyonunda moskvalılar və paytaxtın qonaqları üçün bayram proqramı hazırlamışdılar. Bayram iştirakçıları Azərbaycan xalçaçılığı və daş üzərində oyma texnikası ilə tanış olmaq, qədim milli çalğı alətlərinə və geyimlərə baxmaq, həmçinin milli mətbəxin ləziz təamlarını dadmaq imkanı əldə ediblər. Rusiya təntənəsinə əlavə edilən belə milli kolorit çoxlarına rəngarəng, ləziz və qonaqpərvər Azərbaycanı praktik olaraq özü üçün kəşf etməyə kömək oldu.

-Rusiya ilə Azərbaycan arasında humanitar və gənclər sahəsində qarşılıqlı fəaliyyətdə hansı gözləntilər var?

-Ötən il gənclər siyasəti üzrə Rusiya-Azərbaycan sazişi imzalanıb. Saziş bu əməkdaşlıq sahəsini prinsipcə yeni səviyyəyə çıxarmağa imkan verəcək. Bundan başqa, böyük sayda müxtəlif mexanizm və məkanlar mövcuddur ki, burada gənclər tanış olmaq, bir-birini yaxından tanımaq və biznes üzrə tərəfdaş tapmaq imkanı əldə edir. Belə məkanlardan biri də Rusiya-Azərbaycan Beynəlxalq Gənclər Forumudur. Forumda gənclərin ictimai təşkilatlarının lider-rəhbərləri iştirak edirlər. Bundan başqa, cari ildə artıq Rusiyada Azərbaycan Mədəniyyət Günlərinin, həmçinin Sankt-Peterburqda Beynəlxalq Mədəniyyət Forumunun, - yeri gəlmişkən, bu forumda Azərbaycan əsas qonaq ölkə qismində olacaq, - keçirilməsi artıq planlaşdırılıb. Ümumiyyətlə, koronavirus gəlir və gedir, lakin həyat davam edir. Ölkələrimizin bir-birinə yaxınlaşmaq və dostluq əlaqələri qurmaq istəyi isə dəyişməzdir və hər hansı pandemiya bu prosesi dayandırmaq iqtidarında deyil.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin zəngin dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb