RUSİYA-AZƏRBAYCAN SƏNƏDLƏRİNİN İMZALANMASI
İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin geniş tərkibdə danışıqları başa çatandan sonra Rusiya-Azərbaycan sənədləri imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Dostluq və strateji əməkdaşlıq haqqında bəyannaməni imzaladılar.
Rusiya Federasiyasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyi və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi arasında dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi sahəsində əməkdaşlıq haqqında memorandumu Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Rusiya Federasiyasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyinin rəhbəri Yuri Petrov imzaladılar.
Rusiya Federal Gömrük Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında Gömrük hüquq pozuntularına qarşı mübarizədə əməkdaşlıq haqqında sazişi Azərbaycan Respublikası Dövlər Gömrük Komitəsinin sədri Aydın Əliyev və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov imzaladılar.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında Tranzit yüklərin salamatlığının təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət haqqında memorandumu Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov və Rusiya Federasiyasının daxili işlər naziri Rəşid Nurqaliyev imzaladılar.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında arxivlər sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov imzaladılar.
######
