RUSİYA ƏCNƏBİ DÖVLƏTLƏRLƏ HƏRBİ-TEXNİKİ ƏMƏKDAŞLIĞIN HÜQUQİ BAZASINI TƏKMİLLƏŞDİRİR
V.Putin bildirmişdir ki, fərmanda Rusiya təşkilatlarına hərbi ixrac hüququ verilməsi qaydası tamamilə dəqiq müəyyən edilmişdir. Sifarişlər, ilk növbədə MDB dövlətlərinin sifarişləri üzrə operativ qərarlar qəbul edilməsinə xüsusi diqqət yetirilmişdir. Bürokratik qərarlar çox ləng hazırlanır və buna görə də biz bazarlarda tez-tez rəqiblərimizə uduzuruq.
Rusiya Prezidenti demişdir ki, yeni sənəd hərbi-texniki sahədə əməkdaşlığın daha səmərəli olması və dünya silah bazarının konyunkturasına tez və çevik münasibət göstərilməsinə imkan yaradılması üçün zəmin yaradır.
Komissiyanın iclasında Rusiyanın ayrı-ayrı ölkələrlə hərbi-texniki əməkdaşlığının uzunmüddətli perspektivləri və müdafiə texnologiyaları sahəsində Rusiyanın intellektual mülkiyyətinin səmərəli müdafiəsinə dair tədbirlər müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]
Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar
- 06.10.2026 [12:55]
Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
- 06.10.2026 [12:46]