RUSİYA FEDERASİYASI HESABLAMA PALATASININ SƏDRİ SERGEY STEPAŞİN BAKIYA GƏLMİŞDİR
Rusiya Federasiyası Hesablama Palatasının sədri Sergey Stepaşin başda olmaqla bu nəzarət orqanının nümayəndə heyəti oktyabrın 28-də Bakıya gəlmişdir.
Oktyabrın 28-də Rusiya Hesablama Palatasının sədri Sergey Stepaşinin başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanına ziyarət edərək, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş mərd mübarizlərin xatirəsini yad etmişdir. Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq, “Əbədi məşəl” abidəsinin önünə nümayəndə heyəti adından əklil qoyulmuşdur.
Sergey Stepaşin xatirə kitabına ürək sözlərini yazmışdır.
X X X
Elə həmin gün Rusiya Federasiyası Hesablama Palatasının sədri Sergey Stepaşin Azərbaycan Respublikası Hesablama Palatasının sədri Namiq Nəsrullayevlə görüşmüşdür. Görüşdə ikitərəfli əlaqələrin və təcrübə mübadiləsinin genişləndirilməsindən söhbət getmişdir. Daha sonra hər iki ölkənin hesablama palataları nümayəndələrinin geniş tərkibdə görüşü keçirilmiş, Rusiya və Azərbaycanın nəzarət orqanlarının fəaliyyəti haqqında məlumat verilmişdir.
X X X
Rusiya nümayəndə heyəti həmin gün Bakıda yeni açılmış “NİKoyl” investisiya-kommersiya bankına da getmişdir. Moskvalı qonaqlar bankın inzibati binası və kollektivin işi ilə tanış olmuşlar. Bankla tanışlıqdan sonra Sergey Stepaşin jurnalistləri maraqlandıran suallara cavab vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]