RUSİYA HƏRBİ BAZALARININ GÜRCÜSTANDAN ÇIXARILMASI NEÇƏYƏ BAŞA GƏLƏCƏK?
Nazir müavini hərbi bazaların Gürcüstan ərazisindən çıxarılması müddətinin müəyyən edilməsində Gürcüstanla Rusiya arasında fikir ayrılığı olduğunu vurğulamışdır: “Biz deyirik ki, 11 il lazımdır, Gürcüstan tərəfi isə deyir ki, sizə üç il vaxt veririk, çıxarın”.
O bildirmişdir ki, vaxtilə sovet qoşunları ADR-dən çixarılandakı kimi “çadırlar qurmaq” yox, əsaslı kazarmalar, hərbçilər üçün evlər tikmək və s. lazım gələcəkdir. Bütün bunlar isə böyük xərc tələb edir.
Loşşinin daha sonra demişdir: “Beləliklə, bizə danışıqlar aparmaq lazımdır. Əgər tərəfdaşlarımızın - Qərb ölkələrinin maliyyə yardımı tələb olunarsa, biz bu maliyyə köməyindən istifadə etməyə hazırıq. Lakin bu yardım real olmalıdır. Çünki amerikalılar nəqliyyat xərclərini ödəməyə hazır olduqlarını deyirlərsə, yüz milyonlarla xərc fonunda bu, qəpik-quruşdur”.